• USD 1,7000 0,00% EUR 1,9008 0,00%
    • GBP 2,1523 0,00% RUB 0,0262 0,00%

Ukraynada “Xocalı, yaddaşlardan silinməyəcək” adlı tədbir keçirildi - FOTOLAR

Ukraynada “Xocalı, yaddaşlardan silinməyəcək” adlı tədbir keçirildi

Ukraynanın Xarkov şəhərində jurnalist Elşad Eyvazlının “Böyüməyən uşaqlar” adlı kitabının təqdimatı çərçivəsində “Xocalı, yaddaşlardan silinməyəcək” adlı tədbir keçirilib.

Publika.az xəbər verir ki, “Böyüməyən uşaqlar” kitabı “Dostluq” cəmiyyətinin sədri Murad Ömərovun maliyyə dəstəyi ilə Ukrayna dilinə tərcümə olunub.

Kitabın bu ilin fevralın 25-də Kiyevdə Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri Hikmət Cavadovun təşəbbüsü ilə daha böyük şəkildə təqdımatı olacaq.

Ukraynanın Xarkov şəhərində fəaliyyət göstərən “Dostluq” cəmiyyətinin sədri, texnika elmləri doktoru, professor Murad Ömərov çıxışı zamanı “Böyüməyən uşaqlar” kitabının özəlliyini diqqətə çatdırıb.

Murad Ömərov bildirib ki, “Xocalıya ədalət” kampaniyası çərçivəsində çap olunan kitabda Xocalı soyqırımı zamanı dəhşətli günlər yaşayan uşaqların xatirələri var:

“Onlar ovaxt uşaq olublar, indi böyüyüblər. Lakin 1992-ci ilin hadisələri həmin uşaqların beynində o qədər güclü və unudlmaz xatirələr buraxıb ki... Bu kitabda uşaqların qəlb döyüntülərinin səsini eşitmək olur”.

Tədbirdə Azərbaycanın Xarkovdakı fəxri konsulu Əfqan Salmanov, Azərbaycanın Ukraynadakı səfirliyinin müaşviri Elman Bağırov, Xarkov Universitetinin professorları, “Dostluq” cəmiyyətinin İdarə Heyətinin üzvləri, tələbələr iştirak ediblər. Sonda tədbir iştirakçılarına “Böyüməyən uşaqlar” kitabı təqdim olunub.

Fəxri konsul Əfqan Salmanov “Böyüməyən uşaqlar” kitabının Ukrayna dilində nəşr edilməsinə görə Murad Ömərova təşəkkür edib.

Artıq məlumat fotomateriallarla birgə “Dostluq” cəmiyyətinin internet saytında yerləşdirilib.

Qeyd edək ki, “Böyüməyən uşaqlar” kitabı “Xocalıya ədalət” kampaniyası çərçivəsində QHT Şurasının dəstəyi ilə bir neçə dildə çap olunub.

Eyni zamanda, Milli Məclisin deputatları Fuad Muradov, Rövşən Rzayev Cavanşir Feyziyev, Qarabağ icmasının rəhbəri Bayram Səfərov də bu işə ciddi dəstək veriblər. Kitab əsasında film də çəkilib. Kitabın yaxın zamanlarda rus, fransız və erməni dillərində də çap olunması gözlənilir.

Onu da bildirək ki, “Böyüməyən uşaqlar” kitabının müəllifi Modern.az saytının rəhbəri, Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlıdır. Kitab Xocalı soyqırımı faciəsi zamanı hər iki valideynini itirən 25 uşağın acı həyat hekayəsindən bəhs edir.

Vasif Həsənli

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR