Milli qəhrəmanlarımızla bağlı məlumatlar müxtəlif dillərdə vikipediyada
Bizi izləyin

Sosial

Milli qəhrəmanlarımızla bağlı məlumatlar müxtəlif dillərdə vikipediyada

Məqalələrin əlavə edilməsi prosesi davam edir.

Azərbaycan haqqında məlumat bazasının genişlənməsi və vikipediyanın etibarlı mənbələrlə zənginləşməsi üçün AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Sərbəst elektron resurslarla iş şöbəsinin əməkdaşları tərəfindən vikipediyaya məqalələrin əlavə edilməsi prosesi davam edir.

MEK-dən Publika.az-a verilən xəbərə görə, Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canından keçmiş Qarabağ müharibəsi iştirakçısı olan Milli Qəhrəmanlar - Albert Aqarunov, Əlif Hacıyev, Əliyar Əliyev, Vəzir Orucovun Vikipediyadakı məqalələri italyan, fransız, ispan və alman dillərinə tərcümə edilərək xarici dillərdə olan Vikipediyalara yerləşdirilib. Tərcümə işi “Şəms Tərcümə Xidmətləri Mərkəzi”nin təcrübəli mütəxəssisləri tərəfindən həyata keçirilib.

Milli Qəhrəmanlar haqqında məlumatlar beynəlxalq ictimaiyyətin düzgün məlumatlandırılması, onların dünyaya tanıdılması işinə ciddi töhfə sayıla bilər.

Məqalələrin siyahısı belədir:

Albert Aqarunov - italyan, fransız, ispan, alman

Əlif Hacıyev - fransız, ispan

Əliyar Əliyev – ispan, fransız, alman

Vəzir Orucov – ingilis, ispan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm