Sosial
"Unibank" bu il 1,5 milyon manat ipoteka krediti verib
İlin əvvəlindən bu yana Unibank tərəfindən ümumi məbləği 1.5 milyon manat olan ipoteka krediti ayrılıb. 2016-ci ilin sonunda ayrılmiş 2 mln. AZN adi, 2 mln. AZN sosial limit isə hal-hazırda tam şəkildə bölünüb Bu günlərdə İpoteka Fondu tərəfindən Unibanka ayrılan əlavə 5 milyon manatlıq vəsaitin istifadəsi ilə bağlı da artıq banka 70-ə yaxın müraciət daxil olub.
Qeyd edək ki, Unibank 2006-cı ildən Azərbaycan İpoteka Fondunun müvəkkil bankları sırasındadır. Ümumi ipoteka krediti portfeli isə 39,2 milyon manatı ötüb. 2006-cı ildən bu günədək bank tərəfindən adi və sosial şərtlərlə 1100-dən artıq ipoteka kreditləri verilib. Hazırda bankda 1089 aktiv kredit var.
İpoteka kreditləri Unibankın Bakıda “17 saylı” (“Sahil”), “Yasamal” və “8 saylı” filiallarında, bölgələrdə isə “Sumqayıt” və “Kəpəz” filiallarında ayrılır.
Unibank ipoteka müştəriləri üçün bu günlərdə yeni bir xidmət də istifadəyə verib. Müştərilər ipoteka ödənişlərini banka gəlmədən birbaşa öz smartfonlarından- Unibank Mobile-dan ödəyə bilərlər.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.
Unibank-hər kəsin bankı!
-
Region00:30
İran xüsusi təyinatlıları arasında Zelenskinin oxşarı tapıldı - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik görüşlə bağlı gözləntilər PUÇ OLA BİLƏR
-
Magazin119 May 23:12
Lalə Məmmədova sinə dekoltesi ilə diqqət çəkdi - FOTO
-
Magazin119 May 21:24
Çingizin toyundan ilk görüntülər - VİDEO
-
ABŞ19 May 21:00
Rəisinin "Instagram" hesabından xalqa ÇAĞIRIŞ EDİLDİ - FOTO
-
ABŞ19 May 20:48
ABŞ-dan qəza ilə bağlı İLK AÇIQLAMA: "Hazırda əlavə şərhimiz yoxdur"
-
Nida Xəbər 19 May 20:16
XİN: Azərbaycan İrana dost və qardaş xalq kimi bütün lazımi dəstəyi verməyə hazırdır
-
Region19 May 20:12
Rəisinin qəzaya düşən helikopterdən son görüntüləri yayıldı - VİDEO