Azərbaycanda əmək pensiyalarının bazası hissəsi ləğv olunur
Bizi izləyin

Sosial

Azərbaycanda əmək pensiyalarının bazası hissəsi ləğv olunur

Minimum pensiya məbləği 110 manat təyin ediləcək.

Azərbaycanda əmək pensiyalarının baza hissəsi ləğv olunur.

"Report"un xəbərinə görə, bu, "Əmək pensiyaları haqqında" qanununa dəyişiklik layihəsində əksini tapıb.

Bunun əvəzində minimum pensiya məbləği 110 manat təyin ediləcək.

1992-ci ilin yanvarın 1-nə qədər pensiyaya çıxan vətəndaşların kompensasiyasını dövlət ödəyəcək. 2006-cı ilə qədər çıxanların kompensasiyasını isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi təmin edəcək. 2006-cı ildən sonra bu vəsaitlər sərbəst toplanaraq hesablanacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm