Sosial
Novruz yarmarkaları - Bayram bazarlığını bu ÜNVANLARDAN EDİN!
Novruz bayramı ilə əlaqədar Bakı və Sumqayıt şəhərlərində martın 16-dan 19-dək fasiləsiz olaraq 4 gün müddətində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının keçirilməsi nəzərdə tutulub.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən
Publika.az-a verilən məlumata görə, yarmarkalar
aşağıdakı ünvanlarında təşkil olunur:
Bakı şəhəri üzrə:
1. Xətai rayonu: -Məzahir Rüstəmov küçəsi, Bakı kinoteatrının
yaxınlığı
2. Nərimanov rayonu: -Keşlə bazarının ərazisi;
3. Səbail rayonu: -Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1,
Məktəbin arxası
4. Suraxanı rayonu: -Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi 4, 3
saylı Xüsusi Təyinatlı Mənzil-kommunal Təsərrüfat Birliyinin
yanı
5. Binəqədi rayonu : -Dərnəgül, Koroğlu Rəhimov küçəsi 53, Elit
Ticarət Mərkəzinin yaxınlıgı.
Sumqayıt şəhəri üzrə (2 yerdə):
-12-ci mikrorayon
-köhnə avtovağzalın yanı.
Yarmarkaların mütəşəkkil keçirilməsi üçün Nazirliyin məsul
əməkdaşlarından ibarət işçi qrupları yarmarkalara təhkim olunmuş və
onlar da satılan məhsulların keyfiyyətinə, istehlak üçün yararlı və
təhlükəsiz olmasına, qiymətlərin tənzimlənməsinə daim nəzarət
edəcəklər. Satışa çıxarılan bitki və heyvan mənşəli məhsulların
fitosanitar və baytarlıq nəzarətindən keçirilməsi, müayinələrin
vaxtında aparılması üçün yarmarkalar səyyar avtolaboratoriyalarla
təmin olunacaq.
Məlumatda bildirilir ki, məqsəd əhalinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan təlabatının daha dolğun ödənilməsi və istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının, möhtəkirliyin qarşısının alınmasıdır.
-
İdman22:04
"Qarabağ" finalda!
-
Hadisə21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin121:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı