Sosial
"Almaniyada işləyəcəksən" deyib azərbaycanlıları aldadırlar
“Son dövrlər Azərbaycanda bəzi dələduzlar Polşada işçi icazəsi düzəldərək Almaniyada yaşamağın və işləməyin mümkünlüyü haqqında insanlara vədlər verirlər. Bu iddialar və vədlər yalandır, yalnışdır. Bucür məlumatlar əssasızdır, inanmayın”.
Bu barədə azvision.az-a Dünya Azərbaycanlıları Assambleyasının rəhbəri Rəşad Quliyev deyib.
Onun sözlərinə görə, Avropa Birliyi daxilində hər bir ölkənin
işləmək icazəsi ilə bağlı prosedur qaydaları var.
“Avropa Birliyi ölkələrində çalışmaq icazəsi hər ölkədə demək olar
ki, eyni əsaslarla verilir. Lakin Baltikyanı ölkələr, keçmiş
postsovet ölkələri, o cümlədən Polşada işləmək icazəsi Avropa
Birliyinə daxil olan inkişaf etmiş ölkələrdən asan əldə edilir.
İnkişaf etmiş Avropa ölkələri daha çox kualivikasiyalı işçilər
tələb edirlər. Polşaya alınan işləmək icasəzi Avropa Birliyi
ölkələrində rahat səyahət imkanı verir, lakin digər Avropa
ölkələri, o cümlədən Almaniyada işləmək icazəsi vermir. Polşaya
alınan işləmək icazəsi sırf o ölkəyə aiddir. Hal-hazırda müəyyən
fürsətçilər bundan istifadə edərək insanları aldadır və onlara
müəyyən vədlər verirlər. Guya Polşaya alınan işçi icazəsi ilə
Almaniyaya gedib işləmək və yaşamaq mümkündür”.
R.Quliyevin sözlərinə görə, artıq bununla bağlı son bir neçə ay
ərzində onlarla müraciət daxil olub. “İnsanlar bununla bağlı bəzən
bizimlə əlaqə saxlayırlar. Lakin bir çoxları aldanıb Polşaya gəlir,
oradan bizə müraciət edirlər ki, belə problemlə üzləşmişik, nə
edək?. O zaman gec olduğuna görə, bizim müdaxilə imkanlarımız
olmur. İnsanlara xəbardarlıq edirik ki, belə şeylər mümkün deyil.
Polşada daxili prosedurlar belədir ki, bir neçə il işlədikdən və
vergi ödədikdən sonra orada uzun müddətli oturum almaq olar. Bundan
sonra vətəndaşlıq statusu alırlar. Vətəndaşlıq statusunu alsalar,
bütün Avropa ərazisində işləmək hüququna malik ola bilərlər. Ancaq
yalançı vədlərə inanmasınlar və hüquqşunaslarla
məsləhətləşinsinlər. Bəziləri artıq pullarını xərclədikləri və
həmin ölkəyə gəldikləri üçün icazəsiz işləyirlər. Bunun cəzası
ağırdır. İlk olaraq 20-30 min avro civarında cərimələnir, bu təkrar
olunan halda isə həbs olunurlar və ölkədən departasiya
olunurlar”.
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!