• USD 1,7000 0,00% EUR 1,9915 -0,32%
    • GBP 2,2137 -0,50% RUB 0,0231 0,00%

İki əsr yaşı olan “Hamam” niyə söküldü? - FOTO - RƏSMİ

  • Sosial
  • 3 Aprel 2017 19:24
  • 975 Baxış
İki əsr yaşı olan “Hamam” niyə söküldü? - FOTO - RƏSMİ

Yasamal rayonu ərazisində iki əsr yaşı olan “Hamam” dağıdılıb.

Bu barədə Publika.az-a “QƏSR” Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq İctimai Birliyindən məlumat verilib.

Məlumatda bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 nömrali Qararı ilə 3757 inventar sırası ilə Dövlət mühafizəsinə götürülmüş, Bakı şəhəri Yasamal rayonu B.Səfəroğlu küçəsi, 36 ünvanlı (yeni ünvanla B.Səfəroğlu 130) XIX asrdə tikilmiş “Hamam” (Bakı sakinləri arasında “Şors” hamamı kimi tanınan) daşınmaz tarixi memarlıq abidəsi sökülüb. Söküntü Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin 23.11.2016-cı il tarixli, 99-01/TN-X-2 saylı razılıq məktubuna əsasında həyata keçirilib.

Məsələ ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi ilə əlaqə saxladıq.

Nazirliyin informasiya və ictimayyətlə əlaqələr şöbəsinin rəhbəri Vüqar Şıxməmmədov Publika.az-a açıqlamasında bildirdi ki, adıçəkilən bina tam qəzalı vəziyyətdə olub: “Hazırda görülən işlər aidiyyəti dövlət qurumları ilə razılaşdırılmaqla, Mədəniyyət və Turizm Nazirliyinə müraciət əsasında sahibkar tərəfindən həyata keçirilir. Həmin binada bərpa işləri aparılır”.

Gülxar

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR