Avropa Şurasının Azərbaycanda məhkəmələrlə bağlı layihəsi yekunlaşdı – FOTOLAR
Bizi izləyin

Sosial

Avropa Şurasının Azərbaycanda məhkəmələrlə bağlı layihəsi yekunlaşdı – FOTOLAR

Bu gün Bakıda Avropa Şurası tərəfindən “Azərbaycan Respublikası milli pilot məhkəmələri və Ədliyyə Akademiyası tərəfindən CEPEJ alətlərinin icrası vasitəsilə ədalət mühakiməsinin səmərəliliyinin və keyfiyyətinin artırılması” mövzusunda yekun konfrans keçirilib.

Publika.az xəbər verir ki, tədbir Avropa Şurasının və Avropa İttifaqının 2015-2017-ci illər üzrə “Şərq Tərəfdaşlığı” proqramı üzrə əməkdaşlıq çərçivəsində təşkil edilib.

Tədbidə çıxış edən Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri Draqana Filipoviç xatırladıb ki, Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür və qurumun 47 üzvündən biri olaraq bütün dəyərlərə sadiq qalmaqla bağlı üzərinə öhdəliklər götürüb:

“Avropa Şurası Azərbaycanda hakimiyyət qurumları ilə çox güclü şəkildə işləməkdə maraqlıdır. Həmçinin, məhkəmə hüquq sisteminin effektiv fəaliyyətinin təmin edilməsi istiqamətdə də birgə əməkdaşlıq həyata keçirilir. Bu əməkdaşlıq ədalət məhkəməsinin hamı üçün çatımlı olmasına yönəlib. Avropa Məhkəməsinə müraciətlərin azalması üçün milli səviyyədə ədalət mühakiməsinin effektiv fəaliyyət göstərməsi vacibdir”.

D.Filipovim layihə çərçivəsində görülən işlərin məhsuldar olduğunu bildirib:

“Layihə uğurla başa çatıb və yeni əməkdaşlıq üçün imkanları yaradıb. Biz gələcəkdə əməkdaşlıq üçün birgə sahələri müəyyən edə bilərik”.

Avropa Şurasının İnsan Haqları və qanunun aliliyi üzrə baş direktorluğunun Ədliyyə və hüquqi əməkdaşlıq departamentinin rəhbəri Hanne Yunker isə deyib ki, bütün üzv dövlətlərdə olduğu kimi, burada da Avropa Şurası üçün son məqsəd hər bir fərdin inandığı, əlçatan və mübahisə ilə bağlı şikayət edib keyfiyyətli qərar əldə edə biləcəyinə əmin olduğu məhkəmə sisteminin yaradılmasıdır:

“Azərbaycan “CEPEJ” layihəsinə hər zaman dəstək verib. Tədbirdə bildirilib ki, Azərbaycanda məhkəmə fəaliyyətinin yaxşılaşdırılması istiqamətində “CEPEJ” layihəsinin də böyük rolu olub.

Hazırda tədbir davam edir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm