İntihara APARAN YOL: telekanallarda buna qadağa qoyula bilərmi? - RƏYLƏR
Bizi izləyin

Sosial

İntihara APARAN YOL: telekanallarda buna qadağa qoyula bilərmi? - RƏYLƏR

Yeni intihar dalğası yaratması inkarolunmaz faktdır.

Serial və filmlərdə intihar motivi insanları bu yola istiqamətləndirir. Çünki izləyici televiziyadan gördüklərini bəzən təhlil etmədən sadəcə təqlid edə bilir. Xüsusən də, hadisə sevdiyi film və serialda yaşanıbsa. Serialda qəhrəmanının sonda intiharı seçməsinin izləyicilər arasında yeni intihar dalğası yaratması inkarolunmaz faktdır. Psixologiyada buna “Verter sindromu” deyilir. Məsələn, ölkəmizdə də özünə böyük auditoriya toplayan “Aşkı-məmnu” (Türkiyə) çoxserialı filminin finalında baş qəhrəmanın özünü öldürməsindən sonrakı üç ay ərzində özünə qəsd edənlərin (xüsusən də sevgi kontekstinddə) sayı artmışdı. Həmçinin, qısqanclıq zəminində qətllərin sayının artması məhz bu serialın total-psixoloji təsirindən irəli gəlirdi. Bundan başqa, “Qurdlar vadisi” (Türkiyə) çoxserialı filmində baş verən cinayətlərin təkrarlanması hallarında da artım hiss olunacaq dərəcədə idi.

Əlbəttə, filmlər birbaşa insanları intihara yönləndirir deyə bilmərik. Ən azından oxşar problemi yaşayan biri serial, film qəhrəmanın üsulunu seçməkdə tərəddüd etmir. Xəbərdən fərqli olaraq burada hadisənin bədiiləşdirilməsi onun psixoloji təsiri də artırır. Bəs televiziyalarda intihar motivli serial və filmlərin yayımına məhdudiyyət qoyula bilərmi?

Publika.az bu suala cavab tapmağa çalışıb.

Bakı Slavyan Universitetinin müəllimi Mübariz Əhmədov hesab edir ki, jurnalist neqativ və pozitiv xəbər verməkdə fərq qoya bilməz. Lakin film və seriallara yanaşma fərqli olmalıdır: “Təəssüf ki, yerli seriallarımızda şiddət, neqativ həddən çoxdur. Bu tamaşaçıda gərginlik yaradır, insanların beyni bu istiqamətə yönəlir. Serial və filmlərdəki intihar motivinə gəldikdə, bunu ilk növbədə rejissor nəzərə almalıdır. İnsanları neqativə, intihara istiqamətləndirən mövzulara yer ayırmamalıdırlar. Çünki ruh düşkünlüyü, social problem olan insanlar bu serial, filmlərdən “qidalana” bilər. Həmçinin telekanallar da bu məsələyə həssas yanaşmalıdır. Yaxşı olar ki, telekanallar bacardıqları qədər intihar motivli, neqativ serial və filmləri efirə verməsin”.

Image result for speech

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi, dosent Nəsir Əhmədli hesab edir ki, televiziyalardan intihar motivli serial və filmlərə məhdudiyyət tələb etmək doğru deyil: “Düzdür, müəyyən əcnəbi seriallarda intihar, zorakılıq kadrlarının verilməsi əsəbi zəif olan insanlara təsir edir. Əlbəttə, film və serialın təsiri həm də insanların yaşadığı mühitlə bağlıdır. Lakin hesab etmirəm ki, serial və filmlərin yayımına məhdudiyyət qoyulması doğru yanaşmadır. Seçimi tamaşaçı özü etməlidir”.

Related image

İntihar motivi olan serial və filmin izləyiciyə təsir etdiyini deyən jurnalist İlqar Əlfi bu məsələyə həssas yanaşmanın vacibliyini mütləq hesab edir: “Bu cür serial və filmlər efirə verilməsinin izləyiciyə iki istiqamətdən təsir edə bilər: həm intihara təşviq edə, həm də o fikirdən daşındıra bilər. Hansı motivin daha üstünlük təşkil etdiyini araşdırmaq lazımdır. Bu gün gününü televiziya qarşısında keçirənlərin sayı az deyil. Ona görə də efirə verilən materiallara ikiqat tələbkar yanaşılmalıdır”.

Milli Televiziya və Radio Şurasının Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov son vaxtlar informasiyanın sürətli yayımının intiharın daha çox gündəmə gətirilməsinə təsir etdiyini deyir. MTRŞ rəsmisi onu da vurğuladı ki, televiziyaların da bu tip xəbərləri təqdimatında məsuliyyətinin olmalıdır: “Təəssüf ki, təckə bizdə deyil, dünya televiziyalarına baxsaq, bu cür məlumatların önə çıxarılmasını müşahidə edirik. Bu məsələ ilə bağlı müəyyən normativ sənədlər var. Milli Televiziya və Radio Şurasının uşaqların, yetkinlik yaşına çatmayanların fiziki, əqli, mənəvi inkişafına zərər vura bilən proqramlarla bağlı 2006-cı ildə qəbul edilmiş qaydaları var. İntihar, özünü şikəst etmə səhnələri, eləcə də onların üsul və vasitələrinin yayımlanması Azərbaycan televiziya və radioları üçün məhdudlaşdırılıb. Bu qadağa səhər 07:00-dan, 23:00-dək qüvvədədir. Bu qayda proqram, film və seriallara da aiddir. Serial və filmdə yüngül formada özünəqəsd, zorakılıq halları ilə bağlı nəsə olsa onun üzərinə çox da getmirik. Lakin əsas süjet xətti intiharla bağlıdırsa, baş qəhrəman intihar edirsə, həmin proqram, serial və filmin yayımı məhdudlaşdırılır. Monitorinq qrupumuz hər hansı televiziyada film və serialın süjet xəttində bu halı aşkarlayarsa, onlar barədə müvafiq qərar qəbul edib, sanksiyalar tətbiq edə bilər. Yayımçılar da bu qaydadan xəbərdardırlar və ona görə də son vaxtlar belə hallar qeydə alınmayıb”

Bu məhdudiyyətin müəyyən saatlar yox, gün ərzində tətbiq edilməsinə gəldikdə, T.Dadaşov qərar qəbul edilərkən beynəlxalq təcrübənin əsas götürüldüyünü dedi: “Əsas məsələ uşaq və yeniyetmələrin bu səhnələrdən qorunmasıdır. Çünki onlar asanlıqla bu məsələlərin təsiri altına düşə bilər. Digər yaş qrupunda olanlar isə gecə saatlarında baxa bilərlər. Eləcə də, biz yayıma məhdudiyyət qoysaq, onlar bu proqtamlara peyk və kabel yayımı ilə digər ölkə televiziyalarında baxa bilərlər. Çünki onlar müstəqil qərar qəbul etmək yaşındadırlar. Yəni televiziya şurası bu məsələdə başqa addım ata bilməz”.

Image result for ayaz salayev

Seriallara baxmadığını deyən kinorejissor Ayaz Salayev filmlərdə həyat eşqinin olmasını mütləq sayır: “Filmlərdə hər şeyin milli olmasını tələb etməyin tərəfdarı deyiləm. Lakin böyük məsələlərdə həyat iradəsi olmalıdır. İstər böyük əsərlərdə, istərsə də Federiko Fellini və Çarli Çaplinin filmlərində əvvəl qəhrəmanı çətin vəziyyətə salırlar, onun yeganə çıxış yolu özünü öldürmək olur. Lakin sonra qəhrəmanda həyat eşqi yaradırlar və o, problemdən xilas olur. Ümumiyyətlə, insan həyatının başlıca mövzusu həyat, yaşamaq iradəsidir. Çünki insan ömür boyu həyatın müvəqqəti olduğunu dərk edir. Çox nadir hallarda filmlərdə intihar halı ilə rastlaşırıq və hesab edirəm ki, bu dramaturgiyanın zəifliyindən irəli gəlir. Çıxış yolu tapmayan rejissor qəhrəmanın intiharını seçir. Bu motivli filmlərin efirə verilməsinə qadağa qoyulması barədə isə fikir bildirmək istəmirəm. Çünki istənilən halda qadağaya qarşıyam”.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm