• USD 1,7000 0,00% EUR 2,0083 +0,11%
    • GBP 2,2201 +0,07% RUB 0,0233 +0,86%

Hadi Rəcəbli: “Küçədən tutub gətirirlər, geyimini bilmir, üzünü saqqal basıb”

  • Sosial
  • 4 Aprel 2017 16:29
  • 1 635 Baxış
Hadi Rəcəbli: “Küçədən tutub gətirirlər, geyimini bilmir, üzünü saqqal basıb”

“Bəzən turizim obyetlərinə küçədən tutub gətirirlər, geyimini bilmir və üzünü saqqal basıb. Bütün bunları biz də görürük”.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli jurnalistlərə açıqlamasında bildirib.

H.Rəcəbli deyib ki, bu kimi problemlərin aradan qaldırılması üçün təcrübə və peşə məktəblərinə ehtiyac var:

“Səyahət təşkil edən turizim şirkətlərimiz var, onların səviyyəsi, geyimi, danışıqları qanətbəxş deyil. Ağızlarına saqqız alıb insanlarla “əəə”-deyə danışırlar. Bütün bunların aradan qaldırılması üçün həmin adamlara təlimlər keçib sertifikat verilməsi nəzərdə tutulur”.

Komitə sədri qeyd edib ki, Azərbaycanın rayonlarında turizim qiymətləri elə də yüksək deyil:

“Əgər bir yerdə qiymət yuxarı olanda, xidmət səviyyəsi aşağı olanda gələn dəfə həmin məkana getmirik. Harada yaxşı xidmət və aşağı qiymət olursa, insanlar daha çox ora gedirlər. Bütün bunlar onu göstərir ki, artıq turizim obyektlərinin qiymətləri də tədricən xidmətə görə tənzimlənəcək”.

H.Rəcəbli Gürcüstanda turizmin daha çox inkişaf etməsinin səbəblərini də açıqlayıb:

“Gürcüstanda turizmin daha çox inkişaf etməsinin əsas səbəbi bu ölkəninin Sovet İttifaqı dövründən bu sahə üzrə bazasının olmasıdır. Gürcüstanda hələ Sovet İttifaqı dövründən turizim bazası və ənənələri olub. Azərbaycanda isə nisbətən zəif və az idi. Ona görə Gürcüstanda turizim daha çox inkişaf edir. Gəlin Azərbaycanın daxili turizmini müqayisə edək. Qəbələni, Lənkəranı, Talış dağlarını, Qızılağac qoruğunu görməyən və tanımayan vətəndaşlarımız var. Rayonlarımızda turizim qiymətləri elə də baha deyil. Bütün bunlara görə də cənab Prezidentin tapşırığı ilə “Ölkəmizi tanıyaq” layihəsi həyata keçirilir”.

H.Rəcəbli deyib ki, Azərbaycanda turizim sahəsində xidmətlərin səviyyəsi o qədər də aşağı deyil:

“Biz xidmətin keyfiyyətinin daha da yaxşı olmasını istəyirik. Burada əsas məsələ qiymətlərlə bağlıdır. Biz çalışırıq ki, üç ulduzlu otellərin sayı artırılsın. Bununla bağlı ölkə başçısının verdiyi tapşırıqlar var. Üç ulduzlu otellər qiymətlərin aşağı düşməsinə təsir göstərəcək. Bundan başqa, turizim sahəsində bir sıra güzəştlər nəzərdə tutulur ki, bu da qiymətlərə təsir edəcək. Yeni qanunun hazırlanmasında əsas məqsəd söylədiyim mövcud problemlərin aradanq qaldırılmasına hesablanıb”.

Ölkə başçısının Azərbaycanda çimərlik turizminin inkişaf etdirilməsi ilə bağlı qərarına da toxunan komitə sədri bu sahədə görülən işlərin təqdirəlayiq addım olduğunu söyləyib:

“Prezident İlham Əliyevin çimərlik turizminin inkişaf etdirilməsi ilə bağlı 30 mart tarixində qəbul etdiyi fərman var. Əgər yadınıza gəlirsə, vaxtilə mən çimərlik turizminin inkişaf etdirilməsini təklif edəndə məni lağa qoyurdular. Ancaq indi görürsünüz, cənab Prezident bu sənədi qəbul edib. Çimərlik turizminin inkişaf etdirilməsi ilə bağlı İcra Hakimiyyəti başçılarına bir sıra tapşırıqlar nəzərdə tutulur, təhlükəsizlik məsələlərinin həlli olacaq və sairə. Bundan başqa, məktəbli turizminin inkişafı da vacib məsələdir”.

Vasif Həsənli

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR