Əmi ilə qardaş qızının nikahını bağlayan MOLLA TOPA TUTULDU
Bizi izləyin

Sosial

Əmi ilə qardaş qızının nikahını bağlayan MOLLA TOPA TUTULDU

Onların ailə qurması mümkün deyil.

Gəncədə əminin qardaşı qızını qaçırıb onunla dini nikah bağlaması ətrafında müzakirələr səngimək bilmir. Əlbəttə, bu məsələ hələ ki iddiadır və tam təsdiqini tapmayıb. Lakin bu iddiada diqqət çəkən məqam hər iki şəxsin rəsmi nikahının mövcudluğu, üstəlik, əmi ilə qardaş qızı arasında kəsilən dini kəbinin mümkün olub-olmamasıdır. Dinin qəbul etmədiyi bir hala görə kəbin kəsilməsinin nə mənası var? Hansı din xadimi dinin qaydalarına zidd olaraq belə bir kəbin kəsə bilər?

Image result for hacı şahin həsənli

Məşədi Dadaş məscidinin imam-camaatı Hacı Şahin Həsənli Publika.az-a bildirib ki, bu nikahın rəsmi din xadimi tərəfindən bağlanması mümkün deyil: “İslam şəraitində məhrəm hesab olunan insanlar var. Qardaş qızı ilə əminin ailə qurması da məhrəm hesab edilir. Onların ailə qurması mümkün deyil. Həm də evli qadın boşanmadan heç kim onunla ailə qura bilməz. Bu zina hesab edilir, belə halda kəbin oxuması yolverilməzdir. Qafqaz Müsəlmanları İdarəsindən din xadimlərinə tapşırıq verilib ki, rəsmi nikah şəhadətnaməsi olmadan kəbin oxunmasın. Bunu adətən din xadimləri yox, təsadüfi adamlar oxuyur. Həmin kəbinin heç bir əsası olmur. Bu insan günah edirsə, dini kəbin oxumağın mənası nədir? Hər hansı kəbin bu münasibəti legitimləşdirə bilməz. Bu nikahı rəsmi din xadiminin bağlamasına da inanmıram. İndiyə qədər təcrübədə belə hal yaşanmasa da, qaydaları pozan din xadimi üçün cəza müəyyən edilib. Bu məsələ təsdiqini tapmasa da, belə hala yol vermək günahdır, həmin günahı bağlayan şəxs də günaha batmış olur”.

Image result for Mehriban Zeynalova

Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bu ağlasığmaz hadisədə həm də nikahı bağlayan din xadiminin məsuliyyət daşıdığını dedi: “Dindarlar ilk növbədə dəyərləri qorumalıdır. Lakin təəssüf ki, onlar həm erkən nikah, həm də insest kimi münasibətlərdə vasitəçi olurlar. Bu nikahın harada bağlanması araşdırılmalıdır. Həmin nikahı bağlayan din xadiminə cəza verilməlidir. Bu, çox pis nümunədir. Hadisəyə qarşı ictimai qınaq olmalıdır. Bu məsələdə dəyərlər sistemini pozan şəxslər aşkarlanıb, cəzalandırılmalıdır”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm