8 il imtahandan kəsilən qız TQDK-nı məhkəməyə verdi – 95 min də təzminat istədi
Bizi izləyin

Sosial

8 il imtahandan kəsilən qız TQDK-nı məhkəməyə verdi – 95 min də təzminat istədi

O, 95 min manat məbləğində təzminat tələb edib.

Azərbaycanda daha bir vətəndaş maraqlı iddia ilə məhkəməyə müraciət edib.

Bakı sakiniƏsgərova Fəridə Faiq qızı8 il dalbadal tələbə adını qazanmaq üçün imtahan verib. Hər dəfə test imtahanından kəsilən vətəndaş növbəti il test imtahanından tələb olunan balı toplayıb. Aktyorluq ixtisası üzrə təhsil almaq istəyən Fəridə Əsgərova qabilliyyət imtahanına buraxılmayıb.

Buna səbəb kimi isə onun seçdiyi qiyabi təhsil üzrə yaşının tələb olunan normalardan az olması göstərilib. Bu qərardan narazı qalan vətəndaş Dövlət İmtahan Mərkəzini (keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) məhkəməyə verib. O, məhkəmədən 95 min manat məbləğində təzminat tələb edib.

Bakı Apellyasiya Məhkəməsində hakim Hәmid Hәmidovun sədrliyi ilə keçirilən prosesdə vətəndaşın iddiası təmin olunmayıb.

Bundan sonra Fəridə Əsgərovanın atası və yaxınları hakimə etiraz ediblər. Bununla ürəyi soyumayan valideyn hakimə "Sizi Allaha tapşırıram, Allahın dәrgahında nә deyәcəksәn” deyib.

Valideyn 95 min manat təzminatla övladını xaricdə oxutmaq niyyəti olduğunu da deyib. (femida.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm