• USD 1,7000 0,00% EUR 2,0083 0,00%
    • GBP 2,2201 0,00% RUB 0,0233 0,00%

Ziyafət Əsgərov: “Hər şeyi polis edə bilməz!”

  • Sosial
  • 7 Aprel 2017 13:52
  • 563 Baxış
Ziyafət Əsgərov: “Hər şeyi polis edə bilməz!”

“Son vaxtlar mətbuatda kim kimi qaçırdır və ya aparır kimi xəbərlərə rast gəlirik. Bu xəbərlər bilavasitə Azərbaycan mentalitetinə zidd olan məsələlərdir. Ona görə də hesab edirəm ki, burada ictimaiyyətin qınağı, nəzarəti, KİV-in buradakı oynadığı rol vacib şərtlərdəndir”.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorunun hesabatının müzakirəsi zamanı bildirib.

S.Novruzov deyib ki, Azəbaycanda ayrı-ayrı strukturlar insan alverinə qarşı mübarizə aparır:

“Bu isə ümumilikdə mübarizənin effektivliyini artırır. İnsan alverinin obyektiv və subyektiv səbəbləri var. Dünyada baş verən hadisələr müharibələr, miqrantlar qaçqın şəklində başqa ölkələrə keçən insanlardan insan alverinin qurbanı kimi istifadə olunması hallarını görürük. Azərbaycanın milli-mənəvi dəyərləri də insan alverinin qarşısının alınmasına kömək edir”.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov isə qeyd edib ki, insan alverinə, terrora, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə yalnız dövlətin işi deyil, bunlarla cəmiyyət də mübarizə aparmalıdır:

“Bu, bir dövlətin işi deyil. Burada hamı kömək etməlidir. Hər şeyi polis edə bilməz! Ona görə də bununla bağlı hamımız mübarizə aparmalıyıq”.

Vasif Həsənli

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR