Tarixdə bu gün: 10 aprel
Bizi izləyin

Sosial

Tarixdə bu gün: 10 aprel

1918 – Zaqafqaziya Seyminin heyəti Türkiyə (Osmanlı) dövləti ilə Trabzonda aparılan danışıqlarda Brest-Litovsk müqaviləsinin (Bolşevik Rusiyasının I Dünya müharibəsindən çıxmaq barədə Almaniya ilə imzaladığı separat müqavilə. Müqavilədə Almaniyanın müttəfiqi Türkiyə barədə də bandlər vardı – red.) şərtlərini qismən qəbul edib.

Bolşevik Rusiyası ilə Almaniya (Türkiyənin müttəfiqi) arasında bağlanmış separat sülh müqaviləsinə görə, çar Rusiyasının Osmanlı ilə müharibədə (1877-1878) ələ keçirdiyi Qars, Ərdəhan və Batum türk tərəfinə qaytarılmalı idi.

Zaqafqaziya Seymi Qars və Ərdahana razılıq versə də (erməni deputatlar buna qarşı idi), Batumu Türkiyəyə verməkdən imtina edirdi.

Seymin azərbaycanlı fraksiyasında da bu məsələdə yekdillik yox idi, yalnız müsavatçılar Türkiyənin tələblərini tamamilə qəbul etməyin tərəfdarı idilər. Trabzon danışıqları nəticəsiz bitdi.

* * *

1997 – Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının yaradılıb. Təhlükəsizlik Şurası Prezidentin yanında məşvərətçi orqandır.

Şuraya Milli Məclisin sədri, baş nazir, Prezidentin İcra Aparatının rəhbəri, dövlət müşavirləri, baş prokuror, xarici işlər naziri, müdafiə naziri, milli təhlükəsizlik naziri, daxili işlər nazirləri daxildir.

* * *

2009 – Prezident İlham Əliyev 10 aprelin Azərbaycan Respublikasında “İnşaatçılar Günü” peşə bayramı təsis edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamda bu günün Azərbaycan inşaatçılarının ölkə iqtisadiyyatının inkişafındakı xidmətləri nəzərə alınaraq təsis olunduğu vurğulanırdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm