Sosial
Bakıda əxlaqsız mesajlar verən biabırçı reklamlar - - FOTOLAR
Müasir dövrdə uğurlu biznes yaratmağın birinci yolu reklamdan, daha doğrusu uğurlu reklamdan keçir. Hərfi mənası latıncadan “qışqırmaq” olan reklam sözü hər hansı bir məhsulu kütlə üçün tanıtmaq məqsədini daşıyır. Azərbaycanda reklam yayımı mövcud qanuna əsaslanır. Bu qanunsa Azərbaycan Respublikasının Prezidentinin 15 may 2015-ci il tarixli Reklam haqqında Azərbaycan Respublikasının Qanunudur.
Femida.az
Azərbaycan reklam bazarında uğursuz alınan reklamları araşdırıb.
Məlum olub ki, yerli reklam şirkətlərinin çəkdiyi və hazırladığı
reklamlarda hətta etik normalara sığmayan ifadələrə və işarələrə də
rast gəlinir.
Dediklərimizi faktlarla təqdim
edirik:
Gürcü mətbəxini reklam üçün nəzərtə tutulmuş və uğursuz
alınan reklam
Digər bir reklamsa, yenə də qida ilə bağlıdır. Başlıqsa,
belədir: “Tezliklə əliniz ətə çatacaq”
Növbəti bir uğursuz reklam isə yerli restoranların birinin
14 fevral günü hazırladığı bu nümunədir. “14 fevral – Ətin-ətə
dəydiyi gündür”
Yerli taksi xidmətlərindən biri müştəriləri üçün öpüşmək
üçün taksini seçə biləcəklərinə eyham edən reklamı
seçib.
Daha bir anlaşılmaz reklam nümunəsi isə pizza mərkəzlərinin
birinin reklamıdır. “Deşiklərimiz artıq xidmətinizdədir”, başlığı
ilə.
Digər bir reklam nümunəsində isə “satışı bacarmaq üçün
ağdamlı olmağa ehtiyac yoxdur” başlığı ilə verilib.
Bu cür reklam nümunələrininin siyahılarını artırmaq da
olar.
Əslində məhsulların PR-ı necə qurulmalıdır?
PR meneceri Afət Yaqubova bununla bağlı
Femida.az -a açıqlamasında bildirib ki, reklam
istehsalçıların satış alətidir. Onlar bu məqsədə çatmaq üçün ən
riskli addımlardan da istifadə edə bilərlər.
“Hər bir şirkətin öz məqsədi, öz hədəf kütləsi var. Tək şirkətin
deyil, şirkətin istehsal etdiyi hər məhsulun ayrı-ayrılıqda hədəf
kütləsi var. Reklamın da məqsədi auditoriyanın diqqətini cəlb etmək
və məhsulu ona satdıra bilməkdir.Yəni, qısa desək, reklam satış
alətidir.
Ünvanlandığın auditoriyanı doğru tanımaq və ona doğru müraciət
etmək, fikrini aydın izah etmək, məhsulunu ona tanıda bilmək
vacibdir. Sizin qeyd etdiyiniz nümunələrlə bağlı deyə bilərəm ki,
burada məqsəd diqqəti cəlb etmək, haqqında danışmağa vadar
etməkdir.
Belə tip reklamı hazırlayanların məqsədi daha çox adama
yayılmaqdır. Çox vaxt da belə şirkətlər istəklərinə nail
olurlar.
Bəzən sizin qeyd etdiyiniz kimi ifadələr səhv tərcümənin
nəticəsində o cür anlaşılır. İfadənin çoxluq tərəfindən yozulması
məsələsi var. Françayzinqlə gətirdiyi brendin ifadəsini tərcümə
edirlər. Bu isə bəzən düzgün anlaşılmır”
Femida.az
sosial şəbəkə iştirakçıları arasında yerli şirkətlər tərəfindən
istehsal olunan reklam məhsulları barədə sorğu keçirib. Cavab
verənlərin əksəriyyəti yerli reklam şirkətlərinin çəkdiyi reklamın
süni və uğursuz alındığını hesab edirlər.
Rəşad Rüstəmov (Reshad Rustemov) adlı feysbuk istifadəçisi hesab
edir ki, Nigar Camalın çəkildiyi “Always ultra” reklamında
“keyfiyyət sərfəlidir, özün sına!” cümləsi məntiqsiz və yerində
deyilməyən ifadədir.
Rəşad Rauf Oğlu adlı istifadəçi Bəhram Bağırzadənin çəkildiyi
reklamları biabırçı və uğursuz hesab edir.
Ayla Gözölova başqa ölkələrin reklamlarını daha çox bəyendiyini və
əyləncəli olduğunu deyir. O yerli reklamların süni alındığını və
iştirakçıların aktyorluq qabiliyyitəninin aşağı olmasını
söyləyir.
Albert M-ov adlı istifadəçinin fikrincə, kolbasa reklamlarının
99 faizi uğursuzdu.
Kiçik sorğudan da göründüyü kimi Azərbaycanda reklam bazarında
çatışmazlıqlar çoxdur.
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO