Yaşlı kişinin başına oyun açıb "lentə alan" MƏMUR DANIŞDI: "Həyat yoldaşım...” - VİDEO - (YENİLƏNDİ)
Bizi izləyin

Sosial

Yaşlı kişinin başına oyun açıb "lentə alan" MƏMUR DANIŞDI: "Həyat yoldaşım...” - VİDEO - (YENİLƏNDİ)

Görüntülərdə, yaşlı vətəndaşın nəvəsinin aylardır ki, mavinətini ala bilmədiyindən şikayət etməsi əks olunub.

Sosial şəbəkədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Saatlı rayon Məşğulluq Mərkəzinin direktoru Saatlı rayon sakini Allahyarov Elşən Mehdiqulu oğlu ilə kobud rəftarının görüntüləri yayılıb. Görüntülərlə bağlı yayılan xəbərdə iddia edilir ki, Bayram Mikayılovun kabinetində E.Allahyarova qarşı qeyri-etik davranış nümayiş etdirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Saatlı rayon Məşğulluq Mərkəzinin direktoru Bayram Mikayılov Publika.az-a açıqlamasında haqqında yayılan görüntülərin həqiqəti əks etdirmədiyini dedi: “O video montaj olunub. Bir müddət əvvəl “Təzadlar” qəzetinin saytı mənim adıma saxta insatqram səhifəsi açıb, məlumat yaymışdı. Həmin sayta qarşı şərəf və ləyaqətin alçaldılması ilə bağlı iddia qaldırmışam, hazırda Yasamal rayon məhkəməsində bununla bağlı iş aparılır. Həmin məhkəmə işinə bu görüntüləri də əlavə etmişəm. O videonu da həmin sayt yayıb. Həmin görüntülərin çəkildiyi otaq mənim deyil. Mənim işlədiyim yerlərdə heç vaxt belə otağım olmayıb. Həmin şəxslə görüşməmişəm. Videogörüntülərdəki şəxs yaş həddinə görə işsizlik müavinəti ala bilməz. Digər məqam isə pay torpağı olan kəndlilərə məşğulluq müəssisəsindən heç bir müavinət verilməməsidir. Bu məlumat yalandır, həmin videogörüntülər montajdır”

Haqqında bu cür görüntülərin yayılma səbəbinə gəldikdə, B.Mikayılov bunun keçmiş həyat yoldaşının yaxınlarının etdiyini dedi: “Bu videoları yayan şəxs Laçın rayonun keçmiş icra başçısı Ramiz Cəbrayılovdur. Mən yoldaşımdan ayrılmışam, həmin şəxs keçmiş həyat yoldaşımın yaxınıdır. Videoda görünən şəxslə aramızda heç vaxt elə danışıq olmayıb. Oradakı səs də mənə aid deyil. Bunu edənlər işgüzar nüfuzuma zərər gətirmək istəyirlər”.

Gülxar

***

Saatlıda məmurun, qəbuluna gələn yaşlı şəxslə qeyri-etik rəftarını əks etdirən videogörüntülər yayılıb.

BakiPost.az xəbər verir ki, sosial şəbəkədə yayılan görüntülərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Saatlı rayon Məşğulluq Mərkəzinin direktoru Bayram Mikayılovun kabinetində çəkildiyi bildirilir. Məlumata görə, Saatlı rayon sakini, 2 aydır, müavinətini ala bilməyən Allahyarov Elşən Mehdiqulu oğlu Bayram Mikayılovun qəbuluna gəlib və ondan kömək istəyib.

Görüntülərdə, yaşlı vətəndaşın nəvəsinin aylardır ki, müavinətini ala bilmədiyindən şikayət etməsi əks olunub. O, yaxşı eşitmədiyindən səsini yüksəldərək danışdığını bildirir. Lakin B. Mikayılov onun üstünə qışqıraraq "Lotuluq edirsən? Kar var burda? "Zatknis”” deyərək təhqir edir.

Yaşlı kişi aclıqdan başının gicəlləndiyini deyəndə isə direktor ona "o dünyada sənə "qaib” qoyurlar ey” deyir.

Sözügedən videogörüntüləri təqdim edirik:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm