Tarixdə bu gün: 14 aprel
Bizi izləyin

Sosial

Tarixdə bu gün: 14 aprel

1870 – Dövlət xadimi, yazıçı-publisist, maarifçi Nəriman Nərimanov (1870-1925) anadan olub.

Nəriman Nərimanov 1894-cü ildə Bakıda müsəlman əhali üçün ilk kitabxananı təşkil edib.

Siyasi fəaliyyətə 1905-cü ildə social-demokrat "Hümmət” təşkilatında başlayıb. Oktyabr inqilabından (1917) sonra Moskvada bolşevik hökumətində işləyib.

Azərbaycanın sovetləşməsindən sonra respublika hökumətinin - Xalq Komissarları Şurasının sədrı olub.

1922-ci ildən mərkəzi hökumətdə (SSRİ MİK) işləyib və Moskvada müəmmalı şəkildə vəfat edib. "Nadanlıq", "Nadir şah" və s. əsərlərin müəllifidir.

* * *

1907 – Xalq artisti Fatma Qədri (1907-1968) anadan olub.

Fatma Qədri səhnə fəaliyyətinə 1927-ci ildə Bakı Türk İşçi Teatrında başlayıb,.

1932-ci ildən Bakı Rus Dram Teatrında, 1935-ci ildən Dövlət Dram Teatrında çıxış edib, pedaqoji fəaliyyət göstərib.

* * *

1919 – Nəsib bəy Usubbəylinin başçılığı ilə Xalq Cümhuriyyətinin 4-cü hökuməti təşkil edilib.

Öncəki hökumətlərdən daha geniş tərkibdə olan yeni kabinetdə «Müsavat»la yanaşı, «Əhrar», sosialistlər, bitərəflər, Rus-Slavyan Cəmiyyəti, hətta erməni nazir («Daşnaksütyun») də yer almışdı.

Xalq Cümhuriyyətinin 4-cü hökumət əvvəlki kabinetlərə nisbətən daha uzunömürlü - 1919-cu ilin dekabrınadək - oldu.

* * *

1993 – Böyük Britaniya, Pakistan və Misir adından erməni qüvvələrinin Kəlbəcərin işğalını pisləyən və Qarabağdakı müharibəni dayandırmağa çağıran bəyanatı yayılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm