Milli Məclis Hesablama Palatasının hesabatını müzakirə edir
Bizi izləyin

Sosial

Milli Məclis Hesablama Palatasının hesabatını müzakirə edir

Bu gün Milli Məclisin plenar iclası keçirilir. Publika.az xəbər verir ki, spiker Oqtay Əsədov təklif edib ki, birbaşa gündəlikdə olan məsələlərin müzakirəsinə keçilsin.

Daha sonra Hesablama Palatasının sədri Vüqar Gülməmədov hesabat verib. Qeyd edib ki, 2017-ci ildə Hesablama Palatasının yaranmasının 17 illiyidir.

O bildirib ki, hesabat sistemləşdirilib və təhlil edilib:

“Habelə hər bir qurum üzrə müəyyən edilən nöqsanların sayı və ümumi məbləği qeyd olunub”.

Nəzarət tədbirlərinin sayı və əhatəsi dairəsi haqqında danışan Hesablama Palatasının sədri deyib ki, 12 təhlil işi olmaqla 77 tədbir həyata keçirilib. Naxçıvan büdcəsi ilə bağlı 19 nəzarət tədbirinin başlanması haqda qərar verilib. Eyni zamanda, 4 audit tədbiri keçirilib.

2016-cı ilin iş planında nəzərdə tutulan nəzarət tədbirlərinin sayı ötən illə müqayisədə 9,8 % az olub.

Bakı şəhərində 32, respublikanın digər şəhər və rayonlarında 30, 3 yerdə isə diplomatik korpuslarda audit tədbirləri aparılıb. Ümumilikdə 825 nöqsan aşkar edilib.

Dövlət satın almalarında verilən pozuntularla bağlı qanunvericilikdə dəyişikliklər ciddi rol oynayacaq.

Həyata keçirilən tədbirlərin nəticəsi olaraq, bir neçə istiqamətdə tədbirlər həyata keçirilib. Bura yerinə yetirilməyən işlərin yerinə yetirilməsi, artıq xərclənən xərclərin büdcəyə qaytarılması və digər tədbirlər daxildir.

Hazırda palata sədri çıxışını davam etdirir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm