• USD 1,7000 0,00% EUR 2,0083 0,00%
    • GBP 2,2201 0,00% RUB 0,0233 0,00%

Qüdrət Həsənquliyevdən təklif: "Büdcə məsələlərinə nəzarət komissiyası yaradılmalıdır”

Qüdrət Həsənquliyevdən təklif: "Büdcə məsələlərinə nəzarət komissiyası yaradılmalıdır”

“Azərbaycanın Milli Məclisində büdcəyə və büdcə məsələlərinə nəzarət komissiyası yaradılmalıdır”.

Publika.az xəbər verir ki, belə bir təkliflə Milli Məclisin bu gün keçirilən plenar iclasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev çıxış edib.

Q.Həsənquliyev deyib ki, bu cür komitələr bir çox dövlətlərdə mövcuddur.

Onun sözlərinə görə, bu cür qurum yaradılarsa, dövlət vəsaitini mənimsəyən, büdcə vəsaitlərini oğurlayan şəxslər də layiqli cəzalandırıla bilərlər:

“Hesablama Palatasının təqdim etdiyi hesabatı dinlədim və dəstələyirəm. Ancaq Azərbaycanda maliyyə nizam-intizamı ilə bağlı ciddi nöqsanlar var. Görünən odur ki, vəziyyət düzəlmir. Vaxtilə də mən demişdim ki, bunun düzəlməsi ehtimalı yoxdur. Bütün bunlarla bağlı tətbiq edilən cəzalar çox zəifdir. Dövlət büdcəsi vəsaitlərini mənimsəyən şəxslərin necə cəzalandırılması dəqiq bəlli deyil. Bəlkə də həmin adamlar sabah da gedib başqa yerdə çalışırlar. Yəni, onlar fikirləşir ki, pul oğurladıqlarına görə ən uzağı işdən çıxarılaracaq və sairə. Ona görə də pul oğurlayıb bu cür cəzalara razı olurlar. Mən təklif edirəm ki, onlara qarşı daha sərt cəzalar tətbiq edilsin.

Digər tərəfdən isə təklif edirəm ki, Milli Məclisində büdcəyə və büdcə məsələlərinə nəzarət komissiyası yaradılsın”.

Vasif Həsənli

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR