“Mənimsənilən maliyyə geri qayıtmırsa, cəzanın sərtliyinin əhəmiyyəti yoxdur”
Bizi izləyin

Sosial

“Mənimsənilən maliyyə geri qayıtmırsa, cəzanın sərtliyinin əhəmiyyəti yoxdur”

“Cəza nə qədər sərt olur-olsun, mənimsənilən maliyyə geri qayıtmırsa, bunun heç bir əhəmiyyəti yoxdur”.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında Hesablama Palatasının 2016-cı il üzrə hesabatının müzakirəsi zamanı bildirib.

S.Novruzov deyib ki, bunun üçün struktur dəyişikliyinə ehtiyac var:

“Biz gözləyirik ki, kimsə qanunu pozsun, mənimsəmə olsun, sonra tədbir görək. Hesablama Palatasına səlahiyyət verməliyik ki, bununla bağlı tədbirlə görsün”.

Deputat qeyd edib ki, bu məsələdə əsas şəffalığın olmasıdır:

“Müxtəlif sahələrdə qanun, maliyyə pozuntularının olması ilə büdcəyə ziyan dəyir. Ancaq vəsaitlərin geri qaytarılması ali şərtlərdən biridir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm