• USD 1,7000 0,00% EUR 1,9915 -0,32%
    • GBP 2,2137 -0,50% RUB 0,0231 0,00%

“İslam Həmrəylik Oyunlarının Azərbaycanda keçirilməsi bəzi qüvvələri narahat edir”

  • Sosial
  • 14 Aprel 2017 14:22
  • 579 Baxış
“İslam Həmrəylik Oyunlarının Azərbaycanda keçirilməsi bəzi qüvvələri narahat edir”

“Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə qurulmasını, ölkəmizdə “İslam Həmrəliyi ili”nin elan edilməsini, Azərbaycanın böyük bir missiyanı öz üzərinə götürməsini qəbul etməyən qüvvələr var”.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı bildirib.

S.Novruzov deyib ki, İslam Həmrəylik Oyunlarının Azərbaycanda keçirilməsi bəzi qüvvələri narahat edir:

“Biz bu məsələlərdə ayıq-sayıq olmalıyıq. Eyni zamanda, jurnalistlər də bu kimi məsələlərdə diqqətli olmalıdırlar ki, cəmiyyətə düzgün informasiya çatdırılsın. “Hacı Cavad” məscidindən 100-200 metr aşağda digər məscidlər də var. İnsanlar namazlarını orada da qıla bilərlər. Bu baxımdan bu cür narazılıqların yaradılması müxtəlif məqsədlərə xidmət edir”.

Komitə sədri qeyd edib ki, həmin qüvvələr İslamı, terrorçu seperatçı kimi qiymətləndirirlər:

“Bunu etmək olmaz. Çünki İslam mədəniyyət, inkşaf, elm deməkdir”.

S.Novruzov “Hacı Cavad” məscidi ilə bağlı ölkə rəhbərliyinin mövqeyinin olduğunu söyləyib:

“Düşünürəm ki, məscidlə bağlı düzgün addım atılıb. Bu gün Azərbaycanda olan din-dövlət münasibətlərini bu cür də inkişaf etdirmək lazımdır”.

Deputat xatırladıb ki, 2017-ci il Azərbaycanda “İslam Həmrəyliy ili” elan olunub:

“Bununla bağlı ölkəmizdə müxtəlif beynəlxalq konfranslar keçirilir. Bundan başqa bu il ölkəmizdə İslam Həmrəylik Oyunları keçiriləcək. Dünyanın 57 ölkəsindən ölkəmizə nümayəndə heyəti və dövlət başçıları gələcək. Ümumilikdə Azərbaycanda bu istiqamətdə kifayət qədər addımlar atılır, İslamın ən gözəl modeli ölkəmizdə tətbiq olunur. Azərbaycanda 2500-dən artıq məscid var. Ən qədim məscidlərdən biri olan Şamaxı, Gəncədə İmamrza məscidləridir ki, onlar Heydər Əliyev Fondu tərəfindən ən yüksək səviyyədə təmir olunaraq insanların ixtiyarına verilib. Bundan başqa, Bakıda tikilən “Heydər Məscidi” təkcə Cənubi Qafqazda deyil, bir çox müsəlmanlar ölkələrində olan məscidlərdən ən böyüyüdür. Bu məscidlərin əsas funskiyası insanların orada namaz qılıb ibadət etməsidir. Bu məscidlər hansısa qərarların qəbulu və addımların atılması üçün deyil”.

Vasif Həsənli

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR