Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın səlahiyyətləri genişləndirilir
Bizi izləyin

Sosial

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın səlahiyyətləri genişləndirilir

Əsasnamənin 5-ci maddəsinə yeni 5.8 bəndi əlavə edilir.

Azərbaycanın Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın səlahiyyətləri genişləndirilir.

Publika.az xəbər verir ki, “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamə”də dəyişikliklərin edilməsi ilə bağlı layihə Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Əsasnamənin 5-ci maddəsinə yeni 5.8 bəndi əlavə edilir.

Yeni müddəaya əsasən, Komissiyaya cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahasində dövlət siyasətinin formalaşdırılmasına iştirak etmək, bu sahədə dövlət orqanlarının və qurumlarının fəaliyyətini əlaqələndirmək, dövlət proqramlarının icrasına nəzarəti həyata keçirmək vəzifəsi verilir.

Bundan başqa, komissiyaya “Korrupsiyaya qarşı mübarizə haqqında” qanununa uyğun olaraq korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumat verən şəxsin konfidensiallığını təmin etmək səlahiyyətinin də verilməsi təklif edilir.

Dəyişiklik layihəsinə əsasən, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahasində qanunvericiliyin icra vəziyyətini öyrənir və ümumiləşdirir, bu barədə hüquq mühafizə və digər dövlət orqanları və qurumlarının rəhbərlərinin məlumatlarını dinləyir, bu sahədə dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi barədə müvafiq dövlət orqanları və qurumlarından məlumatları alır və təhlil edir, nöqsanların aradan qaldırılması üçün təklif və tövsiyələr hazırlayır, onların həyata keçirilməsi üçün tədbirlər görür, qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflər verir, beynəlxalq əməkdaşlığın həyata keçirilməsinə iştirak edir.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm