Kürdəmirdə dərmandan zəhərlənən 2000 ev quşu tələf oldu - YENİLƏNDİ
Bizi izləyin

Sosial

Kürdəmirdə dərmandan zəhərlənən 2000 ev quşu tələf oldu - YENİLƏNDİ

Təsərrüfat sahibi M.Həsənov rayon Baytarlıq İdarəsinə müraciət edib.

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Həsənov Publika.az-a bildirilib ki, rayonun Sığırlı kənd sakini Mahir Həsənov təsərrüfatındakı 2 aylıq quşların tələf olması ilə bağlı aprelin 11-də müraciət edib:

“Baytarlıq İdarəsinin əməkdaşları da müraciət əsasında təsərrüfata baş çəkib. Ölən quşları yarım, analizlər götürüblər. Nümunələr Respublika Baytarlıq İdarəsinin laboratoriyasına göndərilib. Hələ analizlərin nəticələri bəlli olmasa da, ilkin müayinə nəticəsində quşların Askaridoz qurd xəstəliyi səbəbindən tələf olduğu ehtimal edilir. Lakin dəqiq diaqnoz qoymaq üçün laborator analizlərin nəticələrini gözləməliyik”.

Y.Xanvəli onu da bildirib ki, quşların tələf olmasının başlıca səbəbi təsərrüfat sahibinin vaxtında baytar həkimə müraciət etməməsidir:

“Həmin təsərrüfat qeydiyyatda olmayıb. Bununla yanaşı xəstəliyin əlamətlərini müşahidə edəndə təsərrüfat sahibi baytar həkimə müraciət etməkdənsə, özbaşına dərmanlar alıb quşlara verib. Onun verdiyi dərmanlar “Baykons”, “Omprodium”, “Tilan” və “Katimafin”dir. Həmin dərmanların heç biri askaridoz əleyhinə deyil. Dərmanı verəndən sonra quşlar tələf olub. Yaxşı olar ki, təsərrüfat sahibləri belə hallarda baytar həkimə müraciət etsinlər. Adi gözlə baxaraq diaqnoz qoymaq doğru deyil”.

***

Kürdəmir rayonunda ev quşları verilən dərmandan zəhərlənib, 2 min quş tələf olub.

Rayonun Sığırlı kənd sakini Mahir Həsənov təsərrüfatında bəslədiyi ev quşlarının müalicəsi üçün rayon ərazisində yerləşən baytarlıq apteklərin birinə müraciət edib.

O, aptekdən aldığı dərmanı təsərrüfatında olan ev quşlarına verib. Üzərindən bir neçə saat keçəndən sonra təsərrüfatda bəslədiyi 2 min quş kütləvi şəkildə tələf olub. Dərhal təsərrüfat sahibi M.Həsənov rayon Baytarlıq İdarəsinə müraciət edib.

Kürdəmir rayon Baytarlıq İdarəsinin rəisi Mehman Nəsirov "Report"a bildirib ki, hadisə ilə bağlı təsərrüfata baxış keçirilib, tələf olan quşlardan nümunələr götürülərək laborator müayinəyə göndərilib. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm