Tarixdə bu gün: 15 aprel
Bizi izləyin

Sosial

Tarixdə bu gün: 15 aprel

1395 - Terek çayının sahilində (Dağıstan) əmir Teymurun qoşunları ilə Qızıl Orda hökmdarı Toxtamışın qoşunları arasında döyüş birincinin qələbəsi ilə başa çatıb. Bu zəfərin əldə olunmasında Teymurilər dövlətinin müttəfiqi olan Şirvanşah I İbrahimin və Şəki hakimi Seyid Əlinin qoşunları da iştirak ediblər.

* * *

1905 - Memar, memarlıq tarixçisi Sadiq Ələkbər oğlu Dadaşov (1905-1946) anadan olub. Nizami adına Milli Azərbaycan Ədəbiyyat Muzeyinin binasının və s. tikililərin layihələşdirilməsində iştirak edib.

* * *

1907 - Tanınmış rəssam, Azərbaycan Rəssamlar İttifaqının ilk sədri İsmayıl Hüseyn oğlu Axundov (1905 - 13.9.1969) anadan olub. Qrafika, dekorativ-tətbiqi sənət, teatr rəssamlığı sahəsində çalışıb. «Koroğlu» operasının ilk geyim eskizlərinin yaradılmasında iştirak edib.

* * *

1917 - Bakıda Qafqaz müsəlmanlarının qurultayı işə başlayıb. Qurultay Rusiyada çarizmin süqutundan (Fevral inqilabı) sonra azərbaycanlıların milli istiqlal məramının bəyan olunması yönündə ilk cəhd idi.

Qurultayda Məhəmmədəmin Rəsulzadə (“Müsavat”), hümmətçi-bolşeviklərdən Nəriman Nərimanov, Məşədi Əzizbəyov, Həmid Sultanov məruzələrlə çıxış ediblər.

Qurultay Peterburqdakı Müvəqqəti Hökumətin tanınması, Rusiyanın demokratik və federativ əsasda yenidən qurulması, Qafqaz müsəlmanlarının muxtariyyətinin təmin olunması barədə qərar qəbul edib.

* * *

1920 - Xalq Cümhuriyyətinin xarici işlər naziri Fətəli xan Xoyski XI rus ordusunun Azərbaycan sərhədləri yaxınlığında (Dərbənd) toplanmasına aydınlıq gətirilməsi tələbi ilə Rusiya XİN başçısı Çiçerinə nota göndərib. Lakin Çiçerin bu notaya əhəmiyyət vermədi.

Bu arada Cümhuriyyət hökumətində ixtilaf dərinləşməkdə idi. Hökuməti tərk etmiş “İttihad” və sosialistlərin ardınca aprelin 15-də “Əhrar” partiyası da koalisiyadan çıxıb.

* * *

1928 - Cənubi Azərbayan şairi Səhənd (Bulud Qaraçorlu Səhənd, 1928-1979) Marağa şəhərində doğulub.

* * *

1993 - Azərbaycanın ABŞ-dakı səfirliyi fəaliyyətə başlayıb. Səfir Hafiz Paşayev diplomatik etimadnaməsini pezident Bill Klintona təqdim edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm