Bakıda əhalinin ən çox əziyyət çəkdiyi ənənə
Bizi izləyin

Sosial

Bakıda əhalinin ən çox əziyyət çəkdiyi ənənə

Bakıda sovet dövründən qalma ənənə mövcuddur.

Bakıda sovet dövründən qalma ənənə mövcuddur. İstiPress xəbər verir ki, paytaxtın bəzi yerlərində əhali hələ də qrafiklə (07:00-09:00 və 19:00-21:00) su alır. Bu problemdən əziyyət çəkən əhalinin əksəriyyəti Suraxanı, Sabunçu və Nərimanov rayonunda yaşayır. Maraqlı məqamdan biri də bu ərazilərin böyük hissəsinə 24 saatlıq su verilir, ancaq qalan yerlər isə sanki diqqətdən kənarda qalıb. Özü də bu müddət uzun müddətdir ki, davam edir.

"Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bu cür problemin olduğunu etiraf edir. Qurum rəsmisi bu məsələlərin texniki imkanlar çərçivəsində yekunlaşacağını deyir.

"Bu gün abonentlərimizin 35 faizi sayğacsızdır. Onlarda su pulu ailə üzvlərinin sayına görə alınır. Həmçinin biz bu gün Bakı şəhərinin 80 faizinə fasiləsiz su veririk. Qalan yerlərin 24 saatlıq su verilişinə keçməsi texniki imkanlardan asılıdır. Elə yer var ki, orada şəbəkə kiçikdir. Ona görə də bu istiqamətdə iş aparırırq”.

Anar Cəbrayıllı abonentlərin fasiləsiz su almasının yerlə bağlı olmadığını deyir. Şəbəkələrin geniş olduğu ərazilərdə su daimidir.

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev 17 mart 2017–ci il tarixində "Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Qərara əsasən, əhalinin içməli su ilə təmin edilməsi məqsədi ilə 22 rayonun 267 min nəfərdən çox əhalisi olan 170 yaşayış məntəqəsində (siyahı əlavə olunur) içməli su təchizatı sisteminin qurulması üçün "Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 14 milyon manat pul ayrılıb.

Bir vaxtlar susuz qalması ilə "məşhurluq” qazanan Əhmədlidə artıq fasiləsiz su varsa, deməli, gələcəkdə bu problemin aradan qaldırılmasına ümid etmək olar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm