Vaqif Bayatlı ürəyindən əməliyyat olunacaq
Bizi izləyin

Sosial

Vaqif Bayatlı ürəyindən əməliyyat olunacaq

aqif Bayatlı Odərin səhhəti yenidən Türkiyə tibbinə həvalə olunacaq.

Ustad şair Vaqif Bayatlı Odərin səhhəti yenidən Türkiyə tibbinə həvalə olunacaq.

“Bir neçə ay öncə Vaqif müəllim beyin əməliyyatı keçirdi. Bildiyiniz kimi uğurlu oldu əməliyyat. Həkimiylə danışdıq bu günlərdə, nəzarət baxışı üçün bu ayın sonu yenidən Türkiyəyə gedəcəyik. Səhhəti imkan verərsə, ürək əməliyyatı olunmalıdır bu dəfə”.

Bu sözləri Teleqraf.com-a tanınmış şair Vaqif Bayatlı Odərin həyat yoldaşı Tamam Bayatlı danışıb. “Bəs hal-hazırda şairin vəziyyəti necədir” sualına isə Tamam Bayatlı belə cavab verib: "Hal-hazırda psixoloji olaraq özünü əməliyyata hazırlayır. Məndən başqa heç kimlə ünsiyyətə girmir. Həddindən artıq həssas olub bu aralar..."

Oxumağa davam et
Reklam
Reklam

Gündəm