Deputat həmkarından Araz Əlizadəyə CAVAB: “Feysbuk da cəmiyyət kimidir”
Bizi izləyin

Sosial

Deputat həmkarından Araz Əlizadəyə CAVAB: “Feysbuk da cəmiyyət kimidir”

Böyük Quruluş Partiyasının (BQP) sədri, deputat Fazil Mustafa həmkarı Araz Əlizadənin sosial şəbəkə istifadəçiləri haqqında söylədiyi fikirlərə cavab verib.

F.Mustafa Publika.az-a açıqlamasında deyib ki, bu kimi məsələlərlə bağlı hər hansı fikir bildirəndə ümumiləşdirmə aparmaq yanlışdır:

“Xüsusilə də bu müəyyən təcrübəsi olan adamlara yaraşmayan haldır. Sosial şəbəkələr, o cümlədən feysbuk da cəmiyyət kimidir. Cəmiyyətdə yaxşı-pis, faydalı-faydasız insanlar olduğu kimi, sosial şəbəkələrdə də bunlar mövcuddur. Sosial şəbəkələrdə hər cür insanlar var. Ona görə də bu cür məsələləri ümumiləşdirmək yanlışdır. Ola bilsin ki, burada ifadələr fərqli şəkildə təqdim olunub. Ancaq bu cür fikirlərin söylənilməsi təəssüfedicidir”.

Xatırladaq ki, Azərbaycan Sosial Demokrat Partiyasının sədri, millət vəkili Araz Əlizadə “lent.az”-a müsahibəsi zamanı feysbuk istifadəçilərini “avara” adlandırıb:

“Ona görə ki, orda hər yoldankeçən ağzına gələni yazır və mənim də vaxtım yoxdur, elə şeylərlə məşğul olum. Kim kimin haqqında nə yazdı, nə dedi, məni maraqlandırmır. Hər şüursuz adamın yazdığını oxumaq fikrində deyiləm. Çünki feysbukda olanların hamısı avara, işsiz-gücsüz adamlardır”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm