• USD 1,7000 0,00% EUR 2,0195 +0,53%
    • GBP 2,2330 +0,30% RUB 0,0233 +0,43%

İxtiralar mükafatlandırılacaq

  • Sosial
  • 20 Aprel 2017 15:22
  • 520 Baxış
İxtiralar mükafatlandırılacaq

“İxtiraçılıq sahəsində nailiyyətlərə görə” IV Respublika Müsabiqəsi Komissiyasının iclası keçirilib.

Publika.az xəbər verir ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Patent və Əmtəə Nişanları Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən iclasda çıxış edən SMPDK-nin sədri Ramiz Həsənov hər il keçirilən bu müsabiqənin əhəmiyyətindən danışıb.

Komitə sədri bildirib ki, sənayenin effektivliyinin artırılması üçün yeni texnologiyalar, yeni yanaşmalar və ixtiraların tətbiqi həlledici əhəmiyyətə malikdir. Onun sözlərinə görə, Prezident İlham Əliyev tərəfindən aparılan məqsədyönlü siyasət yeni iqtisadi modelə keçidi sürətləndirir: “Bundan sonrakı iqtisadi inkişafın islahatlar, innovasiyalar, texnologiyalar və qeyri-neft sektoru hesabına həyata keçiriləcəyini deyən cənab Prezident patent hüququ obyektlərinin mühafizəsi məsələlərini daima diqqət mərkəzində saxlayır. Bunun nəticəsidir ki, cari ilin 10 fevral tarixli Fərmanına Əsasan “Patent və Əmtəə Nişanları Mərkəzi” publik hüquqi şəxsi təsis edilib”.

Komitə sədri deyib ki, Patent və Əmtəə Nişanları Mərkəzi ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricilər barəsində daxil olmuş iddia sənədlərinin ekspertizasını, onların qeydiyyatını, reyestrini aparır, müvafiq mühafizə sənədləri və şəhadətnamələr verir, patent müvəkkillərinin attestasiyasını, qeydiyyatını aparır, ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricilərin hüquqi mühafizəsindən irəli gələn digər məsələləri həyata keçirir. Qeyri-neft ixracısının sürətləndirilməsinə dəstək və innovativ layihələrin sənayedə tətbiqinə nail olmaq məqsədilə Mərkəzin nəzdində Texnologiyaların transferi və kommersiyalaşdırılması şöbəsi yaradılıb.

Əqli mülkiyyət obyektləri üzərində müstəsna hüquqların qorunması mexanizminin – patent sisteminin rolunun günbəgün artdığını qeyd edən komitə sədri, əqli mülkiyyət hüquqlarının ixtiraçıya və ya elmi-araşdırma mərkəzlərinə yaradıcı intellektual fəaliyyətdən mənfəət əldə etməyə imkan yaradan mexanizm olduğunu vurğulayıb: “İxtiraçıların, patent sahiblərinin müvəffəqiyyəti onların əqli mülkiyyət obyektlərinin təsərrüfatda, sənayedə tətbiq olunmasından asılıdır. Cəmiyyətimizdə əqli mülkiyyətə iqtisadi faktor kimi artan maraq da bunun əyani sübutudur. Təkcə ötən il 173 patent dövlət qeydiyyatına alınıb”. Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, AMEA Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev, Müdafiə Sənayesi Nazirliyinin şöbə müdiri, professor Rafiq Hüseynov və digərləri müsabiqəyə təqdim olunan patentlərlə tanış olduqlarını, onların sırasından sənayedə tətbiq imkanları daha aktual olanların seçiləcəyinə əminliklərini bildiriblər.

Məlumat üçün bildirək ki, müsabiqə ilə bağlı 22 fevral 2017-ci il tarixli elana uyğun olaraq, sənəd qəbulu 7 aprel 2017-cı il tarixində başa çatıb. Ümumilikdə müsabiqə komissiyasına 2016-cı ildə dövlət qeydiyyatına alınan 49 ixtira patenti barədə müraciət daxil olub. Patentlər arasında “İlin Patenti” nominasiyası ilə yanaşı, II, III yerlər üzrə də qaliblər müəyyən edilərək təqdimetmə mərasimində təltif ediləcəklər.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR