Bərdədə qanunsuz at əti satanlar ƏLƏ KEÇDİ - FOTO
Bizi izləyin

Sosial

Bərdədə qanunsuz at əti satanlar ƏLƏ KEÇDİ - FOTO

4 baş atın möhtəviyyatla dolu daxili orqanları aşkar olunub.

Bərdə rayon sakininin avtomobilində ətdən ayrılmış at skeletləri və baş-ayağı aşkar olunub.

Bu barədə Publika.az-a Dövlət Baytarlıq Nəzarəti Xidmətindən məlumat verilib.

Daxili İşlər Nazirliyinin Bərdə Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən Bərdə rayon sakini, S.Vurğun küçəsi ev 15-də yaşayan Məmmədov Alim Vəli oğluna məxsus "QAZ-el" markalı 10-UX-290 dövlət nömrə nişanlı yük avtomobili saxlanılıb və baxış keçirilib. Baxış zamanı avtomobilin yük yerində 4 baş atın başı, atın 16 ədəd ön və arxa ayaqları, 4 baş atın ətdən ayrılmış onurğa sütunu, 4 baş atın ön və arxa ətraflarının ətdən ayrılmış sümükləri, 4 baş at dərisi və 4 baş atın möhtəviyyatla dolu daxili orqanları aşkar olunub.

Bərdə Rayon Baytarlıq İdarəsi və Bərdə zona Baytarlıq Laboratoriyasının əməkdaşlarının iştirakı ilə həmin avtomobildə aşkar olunan at məhsullarından nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Məlumatda bildirilib ki, götürülən nümunələrin laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliklə müvafiq qaydada tədbirlər görüləcək. Hazırda Bərdə Rayon Polis Şöbəsində müvafiq araşdırmalar aparılır.

“Dövlət Baytarlıq Nəzarəti Xidmətinin strukturları tərəfindən Bərdə rayon sakini, S.Vurğun küçəsi ev 15-də yaşayan Məmmədov Alim Vəli oğluna dəfələrlə xəbərdarlıq edilir. Lakin buna baxmayaraq, görünür o hələ də qanunsuz bu kimi işlərdən əl çəkməyərək əməllərini davam etdirir”, - deyə məlumatda vurğulanır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm