• USD 1,7000 0,00% EUR 2,0120 -0,37%
    • GBP 2,2300 -0,13% RUB 0,0232 -0,43%

60 yaşında 3-cü dəfə evlənən polkovnikin oğlu ATASININ BÜTÜN SİRLƏRİNİ AÇDI: "O bizdən..."

  • Sosial
  • 27 Aprel 2017 18:29
  • 4 383 Baxış
60 yaşında 3-cü dəfə evlənən polkovnikin oğlu ATASININ BÜTÜN SİRLƏRİNİ AÇDI: "O bizdən..."

Ötən gün özündən 28 yaş kiçik qızla evlənməsi ilə gündəmə gələn 60 yaşlı polkovnik Əzizağa Qənizadənin ikinci həyat yoldaşı Gültamam Qənizadə bir sıra iddialarla çıxış edib. O, keçmiş həyat yoldaşının psixoloji problemlərinin olduğunu, uşaqları ilə görüşmədiyini, həm ondan, həm də birinci həyat yoldaşından 20 min dollar tələb etdiyini, birinci həyat yoldaşından olan xəstə qızının müalicəsi üçün pul vermədiyini, qızın 18 yaşda öldüyünü və digər bu kimi iddialar səsləndirib.

Ə.Qənizadə isə bizimlə söhbətdə keçmiş həyat yoldaşının səsləndirdiyi bu fikirlərə münasibət bildirmək istəmədi. Uşaqları ilə görüşdüyünü, heç kimdən də pul tələb etmədiyini deməklə kifayətləndi.

Oğlu Elxan Qənizadə isə Publika.az-a açıqlamasında atası barədə iddialara və onun evliliklərinə münasibət bildirib.

- Əzizağa bəyin neçənci evliliyindən olan övladısınız?

- Birinci nkahından.

- Həmin nikahdan olan tək övladısınız?

- Xeyr, bir bacım var idi. O, uşaq vaxtı xəstəlikdən öldü.

- Öləndə neçə yaşında idi bacınız?

- 16 yaşında.

- Ananızla ayrılanda bacınız sağ idi?

- Onlar ayrılandan bir neçə ay sonra bacım rəhmətə getdi.

- Ananızla ayrılma səbəbi nə idi?

- Atam hərbçi olub. Müharibədə iştirak edib, ona görə illərlə evdə olmayıb. Bu da münasibətlərində soyuqluq yaradıb.

- Ayrılanda aralarında hansısa münaqişə oldumu?

- Heç bir problem olmadan, tam sakit tərzdə ayrıldılar.

- Siz necə münasibət göstərmişdiniz bu ayrılığa?

- Normal qarşıladım. İki insandır, bir yerdə yaşamaq istəmirlərsə, ayrıla bilərlər. Onda mən əsgərlikdə idim.

- Ananızdan ayrılandan nə qədər sonra yenidən ailə qurdu?

- Aradan bir neçə il keçmişdi.

- İkinci həyat yoldaşından ayrılmağının səbəbi nə idi?

- Onu dəqiq bilməyəcəm. Çünki həmin qadınla çox da ünsiyyətdə olmamışam. Onu görmüşdüm. Amma atamla görüşmək üçün həmişə işinə gedirdim. O qadınla yaşadığı evə heç vaxt getməmişəm.

- İkinci nikahından olan xanımı, mətbuata açıqlamasında atanızın psixoloji problemlərinin olduğunu deyir. Bu, doğru iddiadır?

- Atamın heç bir psixoloji problem yoxdur. Mən hər gün onunla zəngləşirəm. Normal insandır, heç bir psixoloji problem yoxdur.

- Gültamam xanım atanızın həm ondan, həm sizin ananızdan ayrılandan sonra pul tələb etdiyini iddia edir...

- Atam heç kimdən pul tələb etməyib. Əksinə anamdan ayrılandan sonra daim bizə maddi dəstək göstərib. Nə vaxt pul istəmişəmsə, heç zaman məni geri çevirməyib. Hətta anamla ayrılanda evi bizə qoyub çıxdı. Özü yataqxanada qalsa da, 3 otaqlı evi bizə verdi. Düzdür, biz həmin evi satıb, başqa yerə köçdük. Amma atam bizdən heç vaxt pul tələb etməyib. O xanımın nə üçün belə fikirlər səsləndirməsini deyə bilmirəm. Ola bilər ki, nəsə marağı var.

- Atanızdan çoxdan ayrılıb. Belə bir iddia irəli sürməkdə nə marağı ola bilər?

- O xanımı yaxşı tanımıram. Əgər tanışlığım olsaydı, hansısa fikir səsləndirə bilərdim. Lakin heç vaxt atamla həmin nikahı barədə söhbət etməmişəm. Ümumiyyətlə, ikinci həyat yoldaşı ilə münasibətləri barədə məlumatım yoxdur.

- Gültamam xanım bacınız xəstə olanda müalicəsinə atanızın kömək etmədiyini deyir. Bu doğrudur?

- Yox atam həmişə bizə kömək edib. Ancaq bacımın bu xəstəlikdən qurtulması mümkün deyildi. Beynində anadangəlmə problem vardı. Özünü idarə edə bilmirdi.

- Bu, atanızın neçənci nikahıdır?

- Üçüncü.

- Ananızla ayrılandan sonra atanızın iki dəfə ailə qurmasına necə baxırsınız?

- Çox normal. Subay insan həmişə ailə qura bilər. Hər kəs istədiyi şəxslə ailə qurub yaşamaqda azaddır. İnsan tək qalmalı deyil ki? Bir ailəsi alınmadı, növbəti dəfə ailə qura bilər.

- 60 yaşında, üçüncü nikahının bu cür təmtəraqlı olması müzakirə edildi. Sizin münasibətiniz necədir? İştirak etmişdiniz toyda?

- Onlar arasındakı yaş fərqini bilmirəm. Səhv etmirəmsə, xanımın 33 yaşı var. O xanımı görmüşəm. Onunla münasibətim normaldır. İşlədiyimə görə toyda iştirak edə bilmədim. Amma toya hazırlığa köməklik etmişəm.

Gülxar

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR