Bakıda mağazada qurd basmış toyuq əti satılır - VİDEO (YENİLƏNDİ)
Bizi izləyin

Sosial

Bakıda mağazada qurd basmış toyuq əti satılır - VİDEO (YENİLƏNDİ)

Məhsulun qabından "Cənub toyuqları" firmasına məxsus olduğu anlaşılır.

“Yayılan videodakı toyuğun bizim şirkətin məhsulu olması inandırıcı deyil”.

Bu sözləri Publika.az-a açıqlamasında “Cəlilabad broyler” MMC-nin satış müdiri Xudu Abdıyev şirkətin “Cənub toyuqları” nişanlı broyler toyuqlarında qurd aşkarlanması barədə yayılan videoya münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, şirkətin məhsullarından qurd aşkarlanması mümkün deyil.

“Bizim məhsullar standartlara uyğun formada istehsal edilib, satışa çıxarılır. Şirkət olaraq təzə toyuğa maksimum 3 günlük satış müddət qoyuruq. Onun bir ay mağazada qalması mümkün deyil”, - deyə X.Abdıyev əlavə edib.

Satılmayan məhsula yenidən etiket vurularaq satışa çıxarılmasına gəldikdə, şirkət rəsmisi bunun mümkün olmadığını dedi: “Bizim təzə toyuqlar yaşıl etiketdə olur, onun da 3 gündən artıq mağazada qalması mümkünsüzdür. Dondurulmuş toyuqlarımız isə qablarda və ağ etiketlə satılır. Həmin videodakı toyuq dondurulmuş formadadır, etiketi isə yaşıl rəngdədir. Ola bilər ki, kimsə, bizim şirkətə sataşır. Başqa bir toyuğu alıb, bizim etiketi də yanına qoyub və məhsulun “Cənub toyuqları”na aid olduğunu deyir. Həmin videonu paylaşanlara demək istəyirəm ki, həqiqətən də belə halla qarşılaşıblarsa, şirkətimizə müraciət etsinlər. Ola bilər ki, mağazada saxlanma şəraiti pozulub. Amma təəssüf ki, yayılan xəbərdə mağazanın da adı yoxdur”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Publika.az-a açıqlamasında dondurulmuş toyuğu necə qurd basmasına aydınlıq gətirib: “Dondurulmuş toyuq donu açılandan sonra uyğun şəraitdə saxlanmadıqda qurdlaya bilər. Lakin dondurulmuş halda məhsulu qurd basması mümkün deyil. Adıçəkilən şirkətin məhsulu ilə bağlı istehlakçılardan bizə müraciət daxil olmayıb

Bizim müəssisənin toyuqlarının qanadının ucu kəsilmiş formada olur. Həmin videogörüntüdəki toyuqlar isə belə deyil. Bundan başqa, orada kağızı qopararaq vaxtı keçmiş məhsul olduğunu deyir. Halbuki, görüntünü yaxınlaşdırıb baxanda cırılan kağızın altında ancaq çəki, neçə kalori olması kimi məlumatlar yazılıb.

”.

Gülxar

***

10:41

Görüntülərdən aydın olur ki, broyler toyuğunu milçək və qurd basıb.

Maraqlısı odur ki, toyuq ətinin qabındakı istehlak tarixi də dəyişdirilib.

Məlum olub ki, üzərinə yapışdırılmış kağızda aprelin sonunadək istehlak vaxtı olduğu qeyd edilsə də altında həmin müddətin çoxdan başa çatdığı görünür.

Məhsulun qabından "Cənub toyuqları" firmasına məxsus olduğu anlaşılır.

(BAKU.WS)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm