Xətaidə ötən əsrdən qorunan yaşıllıq MƏHV EDİLİR - FOTOLAR
Bizi izləyin

Sosial

Xətaidə ötən əsrdən qorunan yaşıllıq MƏHV EDİLİR - FOTOLAR

Xətai rayonu, Gəncə prospektində ötən əsrdən qorunan yaşıllıq zonadakı ağaclar kəsilib.

Bu barədə Publika.az-a ərazidə yaşayan sakinlər məlumat verib. Sakinlər bildirir ki, ağaclar kəsilən ərazidə tikinti aparılır:

“Ərazidə ağacların əkildiyi sahə xüsusi hasarla əhatə olunmuşdu. Həm görüntü baxımdan yaxşı idi, həm də oksigen mənbəyi hesab oluna bilərdi. Ancaq bir müddət əvvəl ərazidə iş başladı. Park salındığını düşündük. Sakinlərin istirahəti üçün park salınmasını müsbət qarşıladıq. Sonra məlum oldu ki, park salınmır, tikinti işi aparılır. Onsuzda ərazidə tikililər çoxdur, ağacların kəsilən yerində tikinti aparılması nə qədər doğrudur? Bu məsələyə aidiyyəti qurumların reaksiya verməsini istəyirik”.

Sakinlərin müraciəti əsasında əvvəlcə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyev müraciəti qeydə alaraq araşdıracaqlarını bildirdi.

Xətai rayon İcra Hakimiyyətində isə sualımıza cavab tapa verən olmadı

Mövzunu gündəmdə saxlayacağıq…

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm