• USD 1,7000 0,00% EUR 1,9396 0,00%
    • GBP 2,1676 0,00% RUB 0,0272 0,00%

Komitə sədri: “32 uşaq erməni terrorunun qurbanı olub”

Komitə sədri: “32 uşaq erməni terrorunun qurbanı olub”

“Bu gün Azərbaycan uşaqları dövlətin və cəmiyyətin hərtərəfli qayğısı ilə əhatə olunsa da, çox təəssüf ki, onların bir qisminin - qaçqın və məcburi köçkün uşaqlarının illərdən bəri doğma torpaqlarında, öz yurd yerlərində azad, sərbəst yaşamaq hüququnu təmin etmək mümkün olmayıb”.

Publika.az xəbər verir ki, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf üzrə komitəsinin bu gün Milli Məclisdə keçirilən iclasında çıxışı zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib.

H.Hüseynova deyib ki, bu hüquqlar dünyada heç kim tərəfindən inkar edilmir:

“Azərbaycanın ərazi bütövlüyü hamı tərəfindən qəbul olunur. Amma Azərbaycan uşaqlarının hüquqlarını pozmuş, onları öz doğma yurdundan didərgin salmış təcavüzkar Ermənistan hələ də beynəlxalq hüququn tələbləri ilə hesablaşmayaraq, işğal etdiyi əraziləri azad etmək istəmir. Bu hərbi münaqişə zamanı 193 uşaq qətlə yetirilib, yaralanan uşaqların sayı isə yüzlərlədir”.

Komitə sədri qeyd edib ki, Azərbaycan dövləti münaqişə müddətində 210 uşağın əsir və girovluqdan azad edilməsinə nail olub:

“Həmçinin, 61 uşaq itkin düşüb, 27-si isə hələ də əsirlikdədir. Əfsuslar olsun ki, 1994-cü ildə atəşkəs rejiminin elan olunmasına baxmayaraq, ermənilərin Azərbaycanda uşaqları qətlə yetirməsi faktları qeydə alınmaqda davam edir. Ötən dövrdə 32 azərbaycanlı uşaq erməni terrorunun qurbanı olub. Onlardan 13-ü həlak olub, 19-u isə yaralanıb”.

Vasif Həsənli

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR