Qarajlar ləğv edilir? - RƏY
Bizi izləyin

Sosial

Qarajlar ləğv edilir? - RƏY

Nazirlər Kabineti “Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məsələləri haqqında” qərarında dəyişiklik edib. Dəyişiklik, qarajlardan nəqliyyat vasitələrinin parklanması üçün istifadə edilməyəcəyi kimi şərh edilir. Bu da insanlarda və xüsusən də, qaraj sahiblərində çaşqınlıq yaradıb.

Publika.az xəbər verir ki, məsələni şərh edən “Digesta” hüquq firmasının direktoru Ərşad Hüseynov qərarın sırf texniki dəyişiklik olduğunu deyib:

“Nazirlər Kabinetinin qərarında qarajlarla bağlı heç bir mahiyyət dəyişikliyi yoxdur. Bu dəyişiklik vaxtilə buraxılmış taftalogiyanı aradan qaldırmaq üçündür. Nazirlər Kabinetinin qərarında əvvəl anlayış belə idi ki, qaraj - nəqliyyat vasitələrinin durması və parklanması üçün nəzərdə tutulan mühafizə olunan tikilidir. Bu anlayışda durmaq və parklanmaq eyni mənalı sözlərdir. Çünki Yol hərəkəti haqqında Qanunda parklanmanın anlayışı belədir: parklanma - nəqliyyat vasitəsinin onun üçün xüsusi ayrılmış müvafiq qaydada işarələnmiş yerdə durmasıdır. İndi Nazirlər Kabineti öz qərarındakı artıq sözü (və parklanması) götürüb və qarajın anlayışı belə qalıb: qaraj - nəqliyyat vasitələrinin durması üçün nəzərdə tutulan mühafizə olunan tikilidir. Heç nə dəyişmir, bu dəyişiklik heç nəyi ifadə etmir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm