İranlı məmur: “Korrupsiya ilə mübarizədə birlikdə hərəkət etməliyik”
Bizi izləyin

Sosial

İranlı məmur: “Korrupsiya ilə mübarizədə birlikdə hərəkət etməliyik”

"Bu prosesdə digər dövlətlər də ciddi iştirak etməlidir”.

“Korrupsiya ilə mübarizə bir ölkənin işi deyil, bu prosesdə digər dövlətlər də ciddi iştirak etməlidir”.

Publika.az xəbər verir ki, bunu bu gün Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Korrupsiyaya qarşı mübarizə təşkilatlarının rəhbərlərinin və ombudsmanlarının 3-cü iclasında çıxışı zamanı İranın Dövlət Baş Müfəttişliyinin sədri Naser Seraci bildirib.

O deyib ki, korrupsiyaya qarşı mübarizə sahəsində İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin birgə iş aparması vacib əhəmiyyət kəsb edir:

“Biz birgə işləməklə korrupsiya hallarının qarşısını ala bilərik. Bunun üçün təcrübə mübadiləsi aparmaq lazımdır. Bilirsiz ki, proflaktika müalicədən çox asandır. Burada da əsas işi proflatika üzərində qurmaq lazımdır. Korrupsiyaya bulaşmış şəxslərə ikinci vətəndaşlığın verilməsi problemdir. Belə insanların digər ölkələrdə sığınacaq tapmalarının qarşısını almalıyıq. Bunun üçün birlikdə hərəkət etməliyik”.

İranlı məmur qeyd edib ki, bəzi ölkələr korrupsiyaya bulaşmış şəxslərin bank hesabları ilə bağlı məlumatları vermirlər:

“Bu, düzgün deyil. Korrupsiyaya qarşı mübarizə əsas vəzifələrdəndir. Bu, bütün dünya üçün əhəmiyyətlidir. İradə ortaya qoymadan nəyəsə nail ola bilmərik, korrupsiya ilə mübarizə çətin işdir. Biz bu yolda ciddi şəkildə addımlayırıq”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm