Azana qarşı çıxan QHT sədri DANIŞDI: "Mən məşədi xanımam və..." - FOTO (YENİLƏNDİ)
Bizi izləyin

Sosial

Azana qarşı çıxan QHT sədri DANIŞDI: "Mən məşədi xanımam və..." - FOTO (YENİLƏNDİ)

Bu gün mənim feysbuk parolumu sındırıb adımdan azan səsini eşitmək istəmirəm yazıblar. Bu, mənim düşmənlərimin işidir.

Publika.az xəbər verir ki, bu sözləri "Uşaq və Tələbə Gənclər Dünyası" İctimai Birliyinin sədri Bəxtimşah Tağıyeva sosial şəbəkədə Azanla bağlı hər kəsin təəccübünə səbəb olan statusuna açıqlama verərkən deyib.

“Mən məşədixanımam və dinimə, dilimə hörmət edirəm. Kimlər başqa cür anlayırsa, bu, onun öz işidir”.

QHT sədri bu məlumatı yayan saytları da ittiham edib: “Milli.az saytı ən azı məndən soruşmalı idi, dəqiqləşdirmək üçün. Ancaq o jurnalist düşmən kimi düşmənlərə xidmət edib. Bu qədər hay küy salmağa əsas yox”.

***

Azərbaycanda QHT sədri hər kəsi təəcübləndirən fikirlər səsləndirib.

"Uşaq və Tələbə Gənclər Dünyası" İctimai Birliyinin sədri Bəxtimşah Tağıyeva sosial şəbəkədə Azanla bağlı hər kəsin təəccübünə səbəb olan status paylaşıb: "Kim nə deyir desin, mən gecə yarı mikrafonla azan səsi eşitmək istəmirəm. Xəstə var, başqa dinlər var, uşaq var. Onları niyə yarım xəstə etməlidir ki? Uşaq yatızdırmaq asandır bəyəm?"

Onun bu fikirləri birmənalı qarşılanmayıb. Bu statusu paylaşan bəzi şəxslər onu tənqid ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm