Bakının bu ərazilərində su olmayacaq - XƏBƏRDARLIQ
Bizi izləyin

Sosial

Bakının bu ərazilərində su olmayacaq - XƏBƏRDARLIQ

Bakı şəhəri Nəsimi rayonu Səməd Vurğun küçəsindən keçən 350 mm diametrli magistral su kəmərinin qəzalı hissəsinin dəyişdirilməsi ilə əlaqədar 19 iyun 2017-ci il tarixində saat 11:00-dən 18:00-dək Bülbül prospekti, Səməd Vurğun, Nəcəf bəy Vəzirov, Şövqi Abdullayev, Ruhulla Axundov və Sarabski küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə Publika.az-a “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm