Bulvara giriş qadağan olunur - SƏBƏB
Bizi izləyin

Sosial

Bulvara giriş qadağan olunur - SƏBƏB

İyunun 20-dən etibarən Dənizkənarı Milli Parkın bir hissəsinə giriş qadağan ediləcək.

Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov Publika.az-a bildirib ki, "Formula 1” yarışları ilə əlaqədar tətbiq ediləcək məhdudiyyət yalnız bulvarın 2.5 km ərazisinə aiddir:

“Azneft” meydanından Dəniz Vağzalı, Hökumət evinə qədər olan hissəyə sakinlərin daxil olması qadağan ediləcək. Yəni giriş məhdudiyyəti çox kiçik bir hissəni - Formula 1 yarışlarının keçirildiyi ərazi bağlı olacaq. Ağ şəhər Bulvarı, Yeni Bulvar, Bayıl Bulvarı sakinlər üçün açıq olacaq. Sakinlər bulvarın bu hissələrində əyləncə və istirahət yerlərindən istifadə edə biləcəklər”.

N.Məcidov onu da vurğulayıb ki, Formula 1 yarışlarına bileti olan şəxslər, həmçinin xüsusi dəvət edilmiş qonaqlar, Bulvar İdarəsi əməkdaşlarının əraziyə daxil olmasına məhdudiyyət qoyulmayacaq.

“Əməkdaşlarımız daim iş başında olub, iştirakçı, qonaqlara xidmət göstərəcək. Bunun üçün də hər kəsə buraxılış vəsiqəsi verilib. Hazırlıq işləri, insanların iş prosesinə mane olmaması üçün məhdudiyyət sabahdan tətbiq ediləcək. Ona görə də, buraxılışı olmayan şəxslər qeyd etdiyimiz hissədə bulvara daxil ola bilməyəcək”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm