Sosial evlər üçün müraciətlər artır: İlk müraciət ilk mənzil deməkdir?
Bizi izləyin

Sosial

Sosial evlər üçün müraciətlər artır: İlk müraciət ilk mənzil deməkdir?

Son dövrlərdə cəmiyyətdə sevinc doğuran xəbərlərdən biri də sosial evlər üçün qeydiyyatın başlaması oldu. Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) məlumatında müraciətlərin başladığı ilk 2 gündə 1000-dən çox adamın qeydiyyatdan keçdiyini qeyd etmişdi.

Artıq iyunun sonlarına doğru yaxınlaşırıq. Ayın 30-da “güzəştli mənzil” üçün müraciətin 1 ayı tamam olacaq və nəticə etibarilə müraciətlərin sayının da çoxalacağı şübhə doğurmur.

Yeni statistika ilə bağlı MİDA-dan bildirdilər ki, yaxın günlərdə rəsmi şəkildə hazır olacaq və ictimaiyyətə çatdırılacaq.

Qeyd edək ki, güzəştlə mənzil əldə etmək hüququ olan vətəndaşların müraciətlərinin qəbulu 30.05.2017-ci il tarixində istifadəyə verilən “Güzəştli mənzil” elektron sistemi vasitəsilə aparılır.

MİDA bildirir ki, “güzəştli mənzil” sistemi ww.e-gov.az ünvanında yerləşən “Elektron hökumət” portalında yaradılıb. Güzəştli mənzilin əldə edilməsi üçün müraciət gücləndirilən elektron imza vasitəsilə mümkündür. Vətəndaşlar Elektron İmzanı ( www.e-imza.az ) və ya Asan İmzanı (www.asanimza.az) müvafiq olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində Məlumat Hesablama Mərkəzindən və ya “ASAN xidmət” mərkəzlərindən əldə edə bilərlər.

Sosial evlərlə bağlı sual doğuran məqamlardan biri də vaxt məsələsədir. Lakin ilkin mərhələdə vətəndaşlar narahat olmasın, “ilk müraciət ilk mənzil” demək deyil. MİDA-dan verilən açıqlamaya görə, bütün müraciətlərə baxıldıqdan sonra vətəndaşlar ikinci mərhələ üçün müraciət etməli olacaqlar. Vətəndaşın hansı tarixdə müraciət edəcəyindən asılı olmayaraq, elektron kabinetə sahib olmuş bütün şəxslər gələcəkdə mənzil seçimində bərabər hüquqa malik olacaqlar. Yalnız ikinci mərhələdə seçilən vətəndaşların ev üçün tez müraciıt etmələri tövsiyə olunur. Hansı ki, bu mərhələdə vətəndaş ona düşən mənzildən narazı qalmamaq üçün cəld tərpənməlidir.

Qeyd edək ki, birinci ildə 2 min, sonrakı illər hər ildə isə 3 min güzəştli mənzilin satılması nəzərdə tutulub.

Amin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm