“Azəriqaz”ın yeni loqotipi - FOTO
Bizi izləyin

Sosial

“Azəriqaz”ın yeni loqotipi - FOTO

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin (İB) yeni loqotipi yaradılıb.

Publika.az xəbər verir ki, “Azəriqaz”ın loqotipi şirkətin əsas fəaliyyət istiqamətini – ölkənin təbii qazla təminatçısı olduğunu bildirən korporativ elementdir. Loqotipdə təqdim olunan element qaz plitəsində yanan alov dilini əks etdirir. Onun göy rəngdə olması çatdırılan məhsulun (təbii qazın) “mavi yanacaq” olduğunu, habelə, məhsulun saflığını, təmizliyini və yüksək keyfiyyətini bildirir. Seçilmiş əsas elementin alt hissəsində kiçik hərflərlə brendin adı təsvir olunub.

Qeyd edək ki, “ASAN Xidmət” mərkəzlərində müştərilərinə 17 növdə xidmət göstərən İB, bu ildən etibarən “ASAN Kommunal” mərkəzlərində də fəaliyyətə başlayıb. Yalnız “ASAN Kommunal” və “ASAN Xidmət” mərkəzlərinin vasitəsi ilə, cari ilin ilk yarısında, ümumilikdə, 57 883 müştəri “Azəriqaz” İB-nin xidmətlərindən faydalanıb. Bununla yanaşı, müştərilərlə əlaqələrin gücləndirilməsi, onlara məlumatların operativ çatdırılması məqsədilə www.azeriqaz.az saytı, eyni zamanda, Birliyin Facebook səhifəsi də fəaliyyətini davam etdirir.

Beləliklə, "Azəriqaz" İB-nin özünəməxsus əlaqə vasitələrinin geniş tətbiq olunması nəticəsində həmin əlaqə vasitələrinin xüsusi loqotip və üslubla rəmzləşdirilməsinə zərurət yaranıb.

Bildirilib ki, “Azəriqaz”ın kommunikasiyasını fərqləndirəcək loqotipin yaradılması da daxil olmaqla, korporativ üslubun tərtib olunması bu istiqamətdə atılan ilk addımlardandır. Qeyd edilib ki, vahid korporativ üslub “Azəriqaz”ın hazırkı mövcud strukturuna müvafiq tətbiq olunacaq, heç bir struktur dəyişikliyinə səbəb olmayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm