6 İYUL
Bizi izləyin

Sosial

6 İYUL

1415-ci il. İlk kilsə islahatçısı, çexiyalı filosof, Praqadakı Karl Universitetinin alimi Yan Hus (1372-1415) kilsə tərəfindən kafir elan edilərək tonqalda yandırılıb. Hər il iyulun 6-sı Çexiyada Yan Hus Günü kimi qeyd edilir.

1535-ci il. Məşhur ingilis filosofu, şairi və dövlət xadimi Tomas Mor (1478-1535) Londonda edam edilib. Məşhur “Utopiya” əsərinin müəllifi olan T.Morun ölümünə səbəb onun kral VIII Henrini İngiltərə kilsəsinin rəhbəri kimi qəbul etməməsi olub.

1785-ci il. Dollar Amerika Birləşmiş Ştatlarının milli valyutası elan edilib.

1885-ci il. Fransa kimyaçısı və mikrobioloqu Lui Paster ilk dəfə olaraq quduzluq əleyhinə peyvəndi quduz itin dişlədiyi 9 yaşlı Jozef Meyster üzərində uğurla sınaqdan keçirib.

1940-cı il. Qazaxıstan Respublikasının ilk və hazırkı Prezidenti Nursultan Nazarbayev anadan olub. 1990-cı il aprelin 24-də Qazaxıstan Respublikasının Ali Soveti tərəfindən ölkə Prezidenti seçilib. 1991-ci il dekabrın 1-də isə ümumxalq seçkiləri nəticəsində Qazaxıstan Respublikasının Prezidenti seçilib.

1943-cü il. Tanınmış opera müğənnisi, Azərbaycan və SSRİ Xalq Artisti Tamara Sinyavskaya anadan olub.

1946-cı il. ABŞ-ın 43-cü Prezidenti Corc Uoker Buş anadan olub. C.Buş (oğul) 2001-ci il yanvarın 20-dən 2009-cu il yanvarın 20-dək dövlət başçısı vəzifəsində xidmət edib. Onun prezidentliyi dövründə ABŞ-da 11 sentyabr terror hadisələri törədilib. Bu hücumun təşkilində ittiham edilən “Əl-Qaidə” lideri Usama bin Ladinə ələ keçirmək və ona sığınacaq verən Taliban rejimini devirmək üçün 2001-ci il oktyabrın 7-də ABŞ Əfqanıstana qoşun yeridib. 2003-cü il martın 20-də isə ABŞ-ın rəhbərliyi ilə koalisiya qüvvələri İraqla müharibəyə başlayıb.

1946-cı il. Amerikalı məşhur aktyor, rejissor və prodüser Silvester Stallone anadan olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm