13 İYUL
Bizi izləyin

Sosial

13 İYUL

2006-cı il. Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyənin və Gürcüstanın ovaxtkı prezidenti Əhməd Necdət Sezər və Mixail Saakaşvili iştirak ediblər. Boru kəmərinin istifadəyə verilməsi müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin böyük uzaqgörənliklə işləyib hazırladığı və 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması ilə başlayan neft strategiyasının həyata keçirilməsində ən təntənəli, dünya əhəmiyyətli hadisələrdən biri idi. Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməli 2002-ci il sentyabrın 18-də Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin, ABŞ-ın energetika nazirinin iştirakı ilə qoyulub. 2005-ci ilin mayında kəmərin Azərbaycan ərazisindən keçən hissəsinin istifadəyə verilib və ilk neft boru xəttinə vurulub. Həmin ilin oktyabrında isə kəmərin Gürcüstan hissəsi istifadəyə verilib. 2006-cı il mayın 28-də Azərbaycan nefti Ceyhan limanına çatıb və iyulun 4-də neftlə yüklənmiş ilk tanker buradan yola salınıb.

1897-ci il. İtaliyalı ixtiraçı və elektrik mühəndisi Quqlielmo Markoni (1874-1937) radionu ixtira etdiyinə görə patent alıb. O, kabelsiz teleqraf sistemi üzərindəki işlərinə görə 1909-cu ildə Karl Ferdinand ilə birlikdə fizika üzrə Nobel mükafatına layiq görülüb.

1908-ci il. Londonda start verilən IV Olimpiya Oyunlarında ilk dəfə olaraq qadın idmançılar da iştirak ediblər.

1930-cu il. Uruqvayda futbol üzrə birinci dünya çempionatı start götürüb. Mundialın finalında Argentina yığma komandasını 4:2 hesabı ilə məğlub edən ev sahibləri ilk dünya çempionu adını qazanıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm