Aptekdə insanlar bu yolla ALDADILIRMIŞ - FOTO
Bizi izləyin

Sosial

Aptekdə insanlar bu yolla ALDADILIRMIŞ - FOTO

Bakıda apteklərdən birində istehlakçıya keyfiyyətsiz dərman satılıb.

Bu barədə Publika.az-a “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov məlumat verib.

Onun sözlərinə görə, Bakı şəhər sakini Könül Zeynalova “Elit” aptekdən keyfiyyətsiz dərman alması barədə birliyə müraciət edib.

“Şikayətçi bildirib ki, iyunun 10-da Bakı şəhəri ,Binəqədi rayonu 8 mkr H.Hüseynov 18 ünvanda yerləşən “Elit” aptekindən (DOKTA MMC / 563 54 51) həkimin resepti əsasında 12.76 AZN ödəyərək 1 qutu “цераксон” ampulalarını alıb. Həkim həmin iynəni vuran zaman halı pisləşdib, diqqətlə boş ampulaya və ampula qoyulan qutuya baxanda hər bir ampulanın üzərində buraxılma tarixi 07.2014, son tarix isə 07.2017 yazıldığı halda, həmin ampulalar yerləşdirilmiş qutunun üzərində buraxılma tarixi 01.2016, son yararlılıq tarixi 01.2019 göstərildiyini görüb. Dərmanın içliyi rus dilindədir. Ampulalar başqa qutuya yerləşdirilibmiş”.

İstehlakçı bundan öncə “urofit” dərmanın bu formada satıldığını aşkarlandığını və irad bildirəndə “içəcəksən də,heç nə olmaz” deyə cavab aldığını deyib:

İstehlakçının sözlərinə görə, həmin aptekdə əksər hallarda dərmanların üzərində qiymət və holoqram olmur. Dərmanlar istənilən qiymətə satılır. O, bu barədə İqtisadiyyat Nazirliyinə müraciət etdiyini, təsdiqedici rəsmi cavab alsa da, vəziyyət düzəlmədiyini deyib.

İstehlakçının Azad İstehlakçılar Birliyinə ünvanladığı müraciətdə hüquqlarının qorunmasını,dərman qaytarılmasını, ya təzə eyni dərman verilməsini, ya da ödədiyim 12.76 AZN və şikayət etmək üçün taksiyə verdiyim 15 AZN birlikdə ona verilməsini tələb edib.

E.Hüseynov məsələ ilə bağlı Səhiyyə Nazirliyi ilə əlaqə saxladılarını deyib: “Məlum oldu ki,dərman dövlət qeydiyyatına alınıb. Amma içlik xarici dildədir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm