Sosial
Bu qidada nöqsan aşkarlandı - İNSANLAR ALDADILIRMIŞ
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti "Doyarka" adlı kəsmiyin etiketində onun saxlama temperaturunun düzgün göstərilmədiyi müəyyən edib.
İqtisadiyyat Nazirliyindən Publika.az-a verilən məlumata görə, nöqsan istehlak bazarında aparılan nəzarət tədbirləri zamanı aşlarlanıb.
Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsi, 5 ünvanında fəaliyyət göstərən fiziki şəxs Gülbala Qasımzadə tərəfindən istehsal olunan "Doyarka" adlı kəsmiyin etiketində onun saxlama temperaturunun düzgün göstərilmədiyi müəyyən edilib.
Saxlanma temperaturunun düzgün göstərilməməsi istehlakçıda
çaşqınlıq yaratmaqla, məhsulun normativ sənədlərlə müəyyən edilmiş
temperaturda saxlanılmamasına və nəticədə tərkibində insanların
həyat və sağlamlığı üçün təhlükəli mikroorqanizmlərin miqdarının
artmasına və keyfiyyətinin aşağı düşməsinə səbəb olur.
Bununla əlaqədar istehsal olunan məhsulların markalanmasının mövcud
qanunvericiliyin tələblərinə uyğunlaşdırılması barədə fərdi
sahibkar Gülbala Qasımzadəyə müvafiq göstəriş verilib.
İstehlak bazarında nəzarət tədbirləri davam etdirilir.
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO