"Araz" marketdə BİABIRÇILIQ: kiflənmiş kolbasa, milçək... - FOTO (YENİLƏNDİ)
Bizi izləyin

Sosial

"Araz" marketdə BİABIRÇILIQ: kiflənmiş kolbasa, milçək... - FOTO (YENİLƏNDİ)

Araz Supermarketlər Şəbəkəsi Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən marketdə ət və balıq məhsullarının üzərində milçəklər dolaşması və kolbasaların kiflənməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Şirkətin ictimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a bildirilib ki, Araz Supermarketlər Şəbəkəsində kolbasa və bu kimi digər məhsullara hər gün nəzarət olunur:

“Biz müştəri məmnuniyyətinə daima önəm verərək, müştərilərinə təzə və keyfiyyətli məhsullar təqdim edirik. Qeyd edilən hal barədə bildirmək istəyirəm ki, kolbasa və bu kimi məhsulların saxlanma şəraitinə ciddi əməl olunur. Ümumiyyətlə isə, servelat kolbasalarının üzərində adətən ağ rəngli təbəqə müşahidə olunur ki, bu da duzdur. Bu növ kolbasalarda saxlanma şəraitindən aslı olmayaraq duzlanma olunur. Yəni kolbasanın üzəri bağırsaqla örtülü olduğu üçün məhsuldakı duz kütləsi bağırsağın üzərində toplanır. Buzovna qəsəbəsində fəaliyyət göstərən sözügedən market yeni fəaliyyətə başlayıb və burada bütün infrastruktur yenidən qurulub.

Müştərilərimiz hər hansı xoşagəlməz halla qarşılaşarlarsa, (012) 924 nömrəsinə zəng etmələrini xahiş edirik. Bundan başqa sosial şəbəkələrdə də bizə yazaraq məlumat verə bilərlər”.

***

Bakıda "Araz" marketlər şəbəkəsində anti-sanitar vəziyyət hökm sürür.

Publika.az PrimeTime.Az-a istinadən xəbər verir ki, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən "Araz" marketdə ət və balıq məhsullarının üzərində milçəklər dolaşır. Həmçinin, həmin marketdə kiflənmiş kolbasalar da satılır.

Sözügedən görüntüləri təqdim edirik:

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm