Səməd Vurğunun şeirinin təhrif olunduğu reklamın yayımı dayandırıldı - (YENİLƏNDİ)
Bizi izləyin

Sosial

Səməd Vurğunun şeirinin təhrif olunduğu reklamın yayımı dayandırıldı - (YENİLƏNDİ)

“OBA” marketlər şəbəkəsinin mətbuatla əlaqələr şöbəsinin nümayəndəsi Elvin Babayev Publika.az-a reklam çarxının şirkət tərəfindən hazırlanmadığını bildirib:

“Hal-hazırda radioda yayımlanan sözügedən reklam çarxı autsorsinq əsasında hazırlanıb və yayılıb. yaranmış narazılıqdan sonra biz öz iradlarımızı reklamı çəkən şirkətə bildirmişik və bu gündə reklam efirlərdən yığışdırılıb.

Həmçinin şairin nəvəsi Nigar xanım Vəkilova ilə əlaqə saxladıq, “OBA” marketlər şəbəkəsi adından yaranan anlaşılmazlığa görə üzrxahlıq etdik. Nigar xanım bizim üzürxahlığımızı qəbul etdi”.

***

Xalq şairi Səməd Vurğunun şeiri təhrif edilib.

OBA marketlər şəbəkəsi şairin “Azərbaycan” adlı şeirinin misralarını alıcıları üçün reklam kampaniyası seçib. Market rəhbərliyi şairin “El bilir ki, sən mənimsən, Yurdum yuvam məskənimsən...” misralarını radiolarda yayımlanan reklam rolikində belə əvəzləyib:

“El bilir ki, sən mənimsən, Alış-veriş məskənimsən”.

Şairin nəvəsi Nigar Vəkilova Aznews.az-a açıqlamasında məsələdən bu gün xəbər tutduğunu deyib:

“Bu, biabırçılıqdır. O boyda dahi şairin şeirini belə hörmətsiz edərlər? İstər ucuz, istərsə də gözəl reklam formasında fərq etməz, “Azərbaycan” şeiri reklam kimi istifadə oluna bilməz. Biz çox narazıyıq. Məsələdən Səməd Vurğunun Ev Muzeyinin direktoru da xəbərdardır. Biz ailə olaraq məsələni müzakirə edib hər hansı bir qərar verəcəyik”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm