Sosial
Azərbaycan-Gürcüstan sərhədində yaranan sıxlıq tam aradan qaldırılıb - RƏSMİ
Azərbaycan-Gürcüstan sərhədində yaranan sıxlıq tam aradan qaldırılıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Publika.az-a verilən xəbərə görə, həftənin istirahət günləri ilə əlaqədar olaraq bu gün səhər saatlarında Azərbaycan-Gürcüstan sərhədində sərnişinlərin və nəqliyyat vasitələrinin sayında artım müşahidə olunub və səhər saatlarından etibarən Tovuz Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən "Sınıq Körpü" gömrük postunda nisbi sıxlıq yaranıb.
Dövlət Gömrük Komitəsinin aidiyyatı qurumları dərhal gücləndirilmiş iş rejiminə keçib və görülən müvafiq tədbirlər nəticəsində qısa zaman kəsiyində gömrük postunda sıxlıq tam aradan qaldırılıb.
Hazırda Gürcüstanla sərhəddə yerləşən "Sınıq Körpü" sərhəd-gömrük keçid məntəqəsi normal iş rejimində fəaliyyət göstərir.
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom