31 AVQUST
Bizi izləyin

Sosial

31 AVQUST

1993-cü il. Azərbaycan Respublikasının Qubadlı rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. İşğal nəticəsində rayon mərkəzi və 94 kənd qarət edilib, yandırılıb. Əlli mindən artıq əhali doğma yurd-yuvasından didərgin düşüb.

1897-ci il. Amerikalı məşhur mühəndis və ixtiraçı Tomas Edison ilk film proyektoru hesab olunan kinetoskopu patentləşdirib.

1907-ci il. Böyük Britaniya ilə Çar Rusiyası arasında imzalanan sazişlə Antanta hərbi-siyasi blokunun yaradılması başa çatıb.

1913-cü il. Hollandiyanın Eyndhoven şəhərini təmsil edən “PSV” futbol klubu təsis edilib. Klubun adı “Philips Sport Vereniqinq” (Filips Futbol İttifaqı) sözlərinin abreviaturasından götürülüb.

1920-ci il. ABŞ-ın Detroyt şəhərində dünyada ilk radio xəbərləri proqramı yayımlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm