Bu gün sonuncu azərbaycanlı zəvvarlar Vətənə dönür
Bizi izləyin

Sosial

Bu gün sonuncu azərbaycanlı zəvvarlar Vətənə dönür

Azərbaycandan Həcc mərasimi üçün Səudiyyə Ərəbistanına gedən zəvvarların sonuncu qrupu bu gün Vətənə qayıdır.

Publika.az xəbər verir ki, zəvvarları gətirən təyyarə bu gün Bakıda yerə enəcək.

Qafqaz Müsəlmanları İdarəsindən bildiriblər ki, zəvvarların ziyarəti zamanı hər hansı bir problem yaşanmayıb, ziyarət nəzərdə tutulduğu qaydada həyata keçirilib.

Bundan əvvəl digər zəvvarlar sentyabrın 12, 13 və 14-ü Azərbaycana qayıdıblar.

Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə 900 nəfər gedib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm