Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Gəncə Marafonu - 2017" keçirilib - FOTOLAR - YENİLƏNDİ
Bizi izləyin

Sosial

Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Gəncə Marafonu - 2017" keçirilib - FOTOLAR - YENİLƏNDİ

Sentyabrın 17-də Gəncə şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Gəncə Marafonu - 2017" keçirilib.

Marafonda 11 000 nəfərdən çox şəxs iştirak edib. Yarış paytaxt Bakı, respublikanın ayr-ayrı bölgələri, eləcə də müxtəlif ölkələri əhatə edib.

Publika.az Trend-ə istinadən bildirir ki, tədbir "İradənlə tarix yaz", "Marafonda bizimlə ol" şüarı altında keçirilib.

İştirakçılar arasında hökumət nümayəndələri, millət vəkilləri, mədəniyyət xadimləri olub.

Marafonda Rusiya, Türkiyə, Ukrayna, Gürcüstan, İtaliya, İran və digər ölkələrin vətəndaşları da yarışıb.

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Anar Ələkbərov iştirakçıları salamlayaraq bildirib ki, Heydər Əliyev Fondunun təşkilatçlığı ilə Azərbaycanda artıq 3-cü marafondur keçirilir. İnsanların bu marafonlara qoşulması, iştirakçı sayının getdikcə artması Azərbaycanda idman tədbirlərinə böyük maraq olduğunu göstərir. "Hər birinizi bizim bütün layihələrimizdə iştiraka çağırıram", - deyə A. Ələkbərov bildirib.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev marafon iştirakçılarını salamlayaraq hamını, xüsusilə gəncləri idman tədbirlərində fəal olmağa səsləyib.

Daha sonra marafona start verilib. İştirakçılar "Zəfər Tağı"ndan Nizami Gəncəvi prospekti, Heydər Əliyev prospekti, Cavad xan küçəsi, "Gəncəçay" bulvarı, Şah İsmayıl Xətai prospekti ilə hərəkət edərək Heydər Əliyev park kompleksinə qədər məsafəni qət ediblər. Marafonun uzunluğu ümumilikdə 17 kilometr olub.

"Gəncə Marafonu - 2017"nin qalibləri iki kateqoriyada - kişi və qadın iştirakçılar arasında müəyyənləşib.

Kişilər arasında finiş xəttini ilk olaraq Türkiyə vətəndaşı Üzeyir Söyləməz, ikinci İrandan olan Mohammed Cəfər Muradi, üçüncü Gürcüstan vətəndaşı Omar Baikeyev keçib. Qaliblərə mükafatı Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Anar Ələkbərov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, "Azercell Telekom"un prezidenti Vahid Mürsəliyev təqdim edib.

Qadınlar arasında isə birinci yeri Ukrayna vətəndaşı Valentina Poltavska, ikinci yeri Azərbaycan vətəndaşı Anna Yusipova, üçüncü yeri Böyük Britaniya vətəndaşı Nataşa Petersen qazanıb. Xanım idmançılara mükafatları kikboksinq üzrə 5 dəfə dünya çempionu, 3 dəfə Avropa çempionu Zabit Səmədov, millət vəkili Qənirə Paşayeva və Əməkdar Artist Röya Ayxan təqdim edib.

Qeyd edək ki, kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3 000 AZN, 2-ci yerin qalibi 2 000 AZN, 3-cü yerin qalibi isə 1 000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunublar.

"Gəncə Marafonu-2017"nin kişilər arasında qalibi Türkiyə vətəndaşı Üzeyir Söyləməz jurnalistlərə müsahibəsində Azərbaycan keçirilən marafonlarda ikinci dəfə iştirak etdiyini bildirib. O, "Bakı marafonu - 2017"də ikinci yer qazanmışdı. Üzeyir Söyləməz "Gəncə Marafonu -2017"nin yüksək səviyyədə təşkil olunduğunu qeyd edib.

"Gəncə Marafonu-2017"nin qadınlar arasında qalibi Ukrayna vətəndaşı Valentina Poltavska da Azərbaycanda keçirilən marafonlarda ikinci dəfədir iştirak edib və bu il keçirilən Bakı marafonunun ikincisi olub. O, jurnalistlərə müsahibəsində Gəncə marafonu barədə dostundan məlumat aldığını bildirib və iştirakçıların sayının bu qədər çox olmasının onun üçün gözlənilməz olduğunu deyib. V.Poltavska Gəncə sakinlərinin qonaqları xoş qarşılamasından və marafonun təşkilatçılığından məmnun qaldığını bildirib.

"Gəncə Marafonu -2017" Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi (RİİB) və Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil edilib. Marafonun eksklüziv tərəfdaşı "Azercell Telekom" şirkəti olub. Layihənin icrasını isə Sport Marketing Group (SMG) şirkəti həyata keçirib.

Marafona 16 yaşdan yuxarı şəxslər əvvəlcədən qeydiyyatdan keçərək qoşulublar. Qeydiyyat avqustun 14-dən sentyabrın 17-dək Gəncə, Bakı, Şəki şəhərlərində, Şəmkir, Yevlax və Tərtər rayonlarında aparılıb.

Bölgədə keçirilən ilk marafonun vəsaitlərini Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi qarşıladığından fiziki şəxslər və korporativ yarışmaçılar iştirak üçün heç bir ödəniş etməyiblər.

Layihə regionlarda idmanın inkişafına dəstək, sağlam həyat tərzini, eləcə də Azərbaycanın ayrı-ayrı bölgələrində müxtəlif yaşda insanlar arasında xeyirxah amallar naminə həmrəylik ideyalarını təbliğ etmək məqsədi daşıyıb.

Xatırladaq ki, bu vaxtadək Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2016 və 2017-ci illərdə paytaxt Bakıda "Küləyə qalib gəl!" şüarı altında "Bakı Marafonu" təşkil olunub. Marafon region sakinləri tərəfindən böyük maraqla qarşılandığından yarışın Gəncə şəhərində də keçirilməsinə qərar verilib. Qədim tarixə malik Gəncə regionlar arasında marafona ev sahibliyi edən ilk şəhər olub.

***

Heydər Əliyev Fondunun təşkilatçılığı ilıə əbüsü ilə keçirilən "Gəncə Marafonu-2017"nin qalibləri məlum olub.

Publika.az xəbər verir ki, finiş xəttini ilk olaraq Türkiyə vətəndaşı Üzeyir Söyləməz keçib.

İkinci yerə İran vətəndaşı Məhəmməd Cəfər Muradi, üçüncü yerə isə Gürcüstan vətəndaşı Timuraz Baikeev çıxıb.

Qadınlar arasında isə birincilik Ukrayna vətəndaşı Poltavıska Volentinaya nəsib olub.

.Marafonda ümumilikdə 11 min nəfər iştirak edib və onlar 17 km məsafə qət ediblər.

Kişilər arasında qaliblərə mükafatları Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Anar Ələbərov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və Azercell Telekom MMC-nin prezidenti Vahid Mürsəliyev təqdim ediblər.

Qadınlar arasında qaliblərə isə mükafatları Milli Məclisin deputatı Qənirə Paşayeva, müğənni Röya Ayxan və tanınmış idmançı Zabit Səmədov təqdim ediblər.

Qeyd edək ki, "Gəncə Marafonu - 2017" Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi (RİİB) və Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunub.

Marafon Gəncə şəhərində "Zəfər Tağı"ndan start götürərək Nizami Gəncəvi prospekti, Heydər Əliyev prospekti, Cavad xan küçəsi, "Gəncəçay" bulvarı, Şah İsmayıl Xətai prospekti boyunca davam edib Heydər Əliyev park kompleksinə qədər 17 kilometrlik məsafəni əhatə edib.

"Gəncə Marafonu - 2017"nin mükafatlandırma mərasimi 2 kateqoriyada olub. Belə ki, marafonun kişi və qadın iştirakçıları ilk 3 yer uğrunda mübarizə aparıblar.

Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3000, 2-ci yerin qalibi 2000, 3-cü yerin qalibi isə min AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunublar.

Xatırladaq ki, bu vaxtadək Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2016 və 2017-ci illərdə paytaxt Bakıda "Küləyə qalib gəl!" şüarı altında "Bakı Marafonu" təşkil olunub. Ardıcıl olaraq keçirilən marafonlara ümumilikdə Azərbaycandan və digər ölkələrdən 20 000-dən çox iştirakçı qoşulmuşdu. Marafon region sakinləri tərəfindən böyük maraqla qarşılandığından yarışın Gəncə şəhərində də keçirilməsinə qərara verilib.

***

Gəncə "İradənlə tarix yaz", "Marafonda bizimlə ol" şüarı altında regionlar arasında marafona ev sahibliyi edəcək ilk şəhər olacaq.

Layihə regionlarda idmanın inkişafına dəstək, sağlam həyat tərzini, eləcə də Azərbaycanın ayrı-ayrı bölgələrində müxtəlif yaşda insanlar arasında xeyirxah amallar naminə həmrəylik ideyalarını təbliğ etmək məqsədi daşıyır.

"Gəncə Marafonu - 2017" Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi (RİİB) və Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunur.

Marafon Gəncə şəhərində "Zəfər Tağı"ndan start götürərək Nizami Gəncəvi prospekti, Heydər Əliyev prospekti, Cavad xan küçəsi, "Gəncəçay" bulvarı, Şah İsmayıl Xətai prospekti boyunca davam edib Heydər Əliyev park kompleksinə qədər 17 kilometrlik məsafəni əhatə edəcək.

"Gəncə Marafonu - 2017"nin mükafatlandırma mərasimi 2 kateqoriyada olacaq. Belə ki, marafonun kişi və qadın iştirakçıları ilk 3 yer uğrunda mübarizə aparacaqlar.

Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3000, 2-ci yerin qalibi 2000, 3-cü yerin qalibi isə min AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunacaqlar.

Xatırladaq ki, bu vaxtadək Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2016 və 2017-ci illərdə paytaxt Bakıda "Küləyə qalib gəl!" şüarı altında "Bakı Marafonu" təşkil olunub. Ardıcıl olaraq keçirilən marafonlara ümumilikdə Azərbaycandan və digər ölkələrdən 20 000-dən çox iştirakçı qoşulmuşdu. Marafon region sakinləri tərəfindən böyük maraqla qarşılandığından yarışın Gəncə şəhərində də keçirilməsinə qərara verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm